Mədəniyyət

Qusar rayon Mərkəzi Kitabxanasının veb-saytının təqdimatı keçirilib

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata istinadən, Qusar rayon Mərkəzi Kitabxanasının veb-saytının (www.qusar-mks.az) təqdimat mərasimi keçirilib. Veb-saytda Qusar rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi haqqında ətraflı məlumat verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qusar rayonuna səfəri ilə bağlı fotoşəkillər oxucuların böyük marağına səbəb olub.
"Ən çox oxunan kitablar" linkində oxucuların daha çox maraq göstərdiyi kitabların siyahısı saytın qonaqlarına təqdim edilir.
Qusar rayonunun kitabxanalarında saxlanılan nadir və qədim kitablar haqqında məlumat "Kitab abidələrimiz" başlığı altında öz əksini tapıb. Rayonun Tarix-Diyarşünaslıq Muzeyində nümayiş etdirilən XVIII-XIX əsrlərə aid olan qədim məişət, bəzək və s. maraqlı eksponatlar haqqında annotasiyalı məlumat hazırlanıb. M.Y.Lermontovun 1837-ci ildə Qusarda olarkən istifadə etdiyi eksponatlar haqqında da məlumat verilib.
Saytın "Folklorumuz" linkində bu qədim diyarın folklorunu əks etdirən maraqlı fotoşəkillər nümayiş etdirilir. Şəhid olmuş və qəhrəmanlıq zirvəsinə ucalan qusarlılara "Qəhrəmanlarımız" və "Şəhidlərimiz" linkləri həsr edilib. Kitabxananın əməkdaşları rayonun abidələri, turizm gözəllikləri haqqında maraqlı məlumatlar toplamış və saytda yerləşdirmişlər.
Yaxın vaxtlarda kitabxananın yeni yaradılan veb-saytına bir çox maraqlı materiallar daxil ediləcək.



Müəllif:


Çap et   Geri   Yuxarı


Xəbər lenti

» Azərbaycanla Rusiya bütün sahələrdə əməkdaşlığı uğurla davam etdirirlər (4)

» Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyevanın və Rusiya Prezidentinin xanımı svetlana medvedevanın görüşü olub  (4)

» Azərbaycanla Rusiyanı tarixi əlaqələr birləşdirir (9)

» Rusiya-Azərbaycan münasibətlərində yeni mərhələ açılır (9)

» Yeni Azərbaycan Partiyası seçkiyə tam hazırdır (4)

» YAP-ın nümayəndə heyəti cəbhə bölgəsinə səfər edib (6)

» “Yüksək seçki fəallı qələbəmizi şərtləndirəcək" (9)

» Yeni Azərbaycan Partiyası seçki kampaniyasına tam hazırdır (5)

» Türkiyədə erməni lobbisinə qarşı əks-kampaniya başladı (8)

» Həmsədrlər BMT-də yeni qətnamə layihəsinin müzakirəsi zamanı hansı mövqedən çıxış edəcəklər? (7)

» Yeni Azərbaycan Partiyasının Siyəzən rayon təşkilatında görüş keçrildi (8)

» ARDNŞ cari ilin yanvar-avqust ayları ərzində 112 min 316 ton avtomobil benzini ixrac edib (5)

» ARDNŞ avqust ayında Novorossiysk limanından 214 min 274 ton xam neft ixrac edib (4)

» Pensiya və minimum əməkhaqqının artırılması əhalinin sosial müdafiəsini gücləndirir (4)

» Ermənilər və gürcülər Kürü çirkləndirirlər (5)

» Qafqaz İslam Ordusunun Bakı zəfəri  (9)

» Gənc istedadın sənət naxışı (4)

» "Şəhidim" adlı musiqi kompozisiyası hazırlanıb (4)

» "CATA-2010" Beynəlxalq Turizm Sərgisi (4)

» Məmməd Rahimin fotosənədləri aşkar edilib  (5)

Qafqaz İslam Ordusunun Bakı zəfəri

Azərbaycanın şanlı dövlətçilik tarixinə qızıl hərflərlə yazılan günlərdən biri də 1918-ci ildə Qafqaz İslam Ordusu tərəfindən Bakının bolşevik-daşnak işğalından azad olunmasıdır. Bu hadisələrin canlı şahidləri az olsa da, tarixi sənədlərdə Bakı qırğınları, azərbaycanlıların soyqırımı haqda geniş məlumatlar, danılmaz faktlar var.  

Gənc istedadın sənət naxışı

Çağdaş dövrünü yaşayan Azərbaycan muğam sənəti müasir dövrümüzdə tarixi ənənə üzərində inkişafdadır. Bu sənətin mahir ifaçıları milli muğamın dəyərlərini yaşatmaqla xalqın keçmişini müasir həyatla üzvü olaraq birləşdirirlər. 

Vaşinqtonda İsrail və Fələstin arasında danışıqlar başlandı

"Frans Press" informasiya agentliyinin ABŞ-ın Dövlət Departamentinə əsaslanaraq, yaydığı məlumata görə, İsrailin baş naziri Binyamin Netaniyaqu və Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas Vaşinqtonda vasitəçilərsiz və tərcüməçilərin iştirakı olmadan danışıqlara başlamışlar.  
© 2002-2009, “Səs” qəzeti, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Ünvan: Ü. Hacıbəyov küçəsi, 32; Bakı, Azərbaycan
Tel.: (+994 12) 598-33-90  ;  Faks: (+994 12) 493-11-62  ;  Email: ses@sia.az

Baş redaktor: Bəhruz QULİYEV         Təsisçi: Əlincə Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı

"Səs" qəzeti "AzərTac", "AZADINFORUM", və "APA" agentliklərinin
informasiyalarından istifadə edir. Dərc olunan reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.


 
267
2145
190587