Mədəniyyət
İçərişəhərə həsr olunmuş marka seriyası təqdim edilib
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Azərmarka şirkəti Bakının tarixi-memarlıq qoruğu olan İçərişəhərə həsr olunmuş marka seriyası təqdim edib. 12 marka və bir poçt blokundan ibarət seriyada İçərişəhərdəki ən tanınmış tikililər təsvir olunub. Burada, Bakının rəmzi hesab olunan Qız qalası, Qala divarları, Məhəmməd məscidi, Qasım-bəy hamamı, Qoşa qala qapıları, Bazar meydanı və digər tarixi abidələr təqdim olunub. Markaların qiymətləri 0,10 və 0,60 qəpik, Şirvanşahlar sarayı və İçərişəhərin panoramı əks olunan poçt blokunun qiyməti isə 1 manat təşkil edir. Hər biri markanın tirajı 10 min ədəddir.Müəllif:



Azərbaycanın şanlı dövlətçilik tarixinə qızıl hərflərlə yazılan günlərdən biri də 1918-ci ildə Qafqaz İslam Ordusu tərəfindən Bakının bolşevik-daşnak işğalından azad olunmasıdır. Bu hadisələrin canlı şahidləri az olsa da, tarixi sənədlərdə Bakı qırğınları, azərbaycanlıların soyqırımı haqda geniş məlumatlar, danılmaz faktlar var.
Çağdaş dövrünü yaşayan Azərbaycan muğam sənəti müasir dövrümüzdə tarixi ənənə üzərində inkişafdadır. Bu sənətin mahir ifaçıları milli muğamın dəyərlərini yaşatmaqla xalqın keçmişini müasir həyatla üzvü olaraq birləşdirirlər.
"Frans Press" informasiya agentliyinin ABŞ-ın Dövlət Departamentinə əsaslanaraq, yaydığı məlumata görə, İsrailin baş naziri Binyamin Netaniyaqu və Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas Vaşinqtonda vasitəçilərsiz və tərcüməçilərin iştirakı olmadan danışıqlara başlamışlar.