Mədəniyyət
Alim Qasımov və qızı Fərqanə Qasımova ilə birgə beynəlxalq festivalın iştirakçısı olublar
Xalq artisti Alim Qasımov qızı Fərqanə Qasımova ilə birlikdə nüfuzlu beynəlxalq festivalda iştirak edib. Bu, onların Avropa turnesi çərçivəsində baş tutub. F.Qasımova İspaniya, Fransa və Böyük Britaniyada festivallarda iştirak etdiklərini bildirib: "İspaniyada "Ruhi səslər" və "Dəniz və səs" beynəlxalq festivallarında iştirak etdik. Oradan Liona yollandıq və burada sayca 65-ci dəfə keçirilən festivala qatıldıq. Sonda isə Londonda "Dünya, musiqi və rəqslər" adlı festivalda iştirak etdik. O, ənənəvi olaraq, dünyanın bir neçə şəhərində eyni vaxtda keçirilir". Qeyd edək ki, İspaniya və Fransada Qasımovları Amerikanın "Kronus" musiqi kvarteti müşayiət edib.Müəllif:



Azərbaycanın şanlı dövlətçilik tarixinə qızıl hərflərlə yazılan günlərdən biri də 1918-ci ildə Qafqaz İslam Ordusu tərəfindən Bakının bolşevik-daşnak işğalından azad olunmasıdır. Bu hadisələrin canlı şahidləri az olsa da, tarixi sənədlərdə Bakı qırğınları, azərbaycanlıların soyqırımı haqda geniş məlumatlar, danılmaz faktlar var.
Çağdaş dövrünü yaşayan Azərbaycan muğam sənəti müasir dövrümüzdə tarixi ənənə üzərində inkişafdadır. Bu sənətin mahir ifaçıları milli muğamın dəyərlərini yaşatmaqla xalqın keçmişini müasir həyatla üzvü olaraq birləşdirirlər.
"Frans Press" informasiya agentliyinin ABŞ-ın Dövlət Departamentinə əsaslanaraq, yaydığı məlumata görə, İsrailin baş naziri Binyamin Netaniyaqu və Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas Vaşinqtonda vasitəçilərsiz və tərcüməçilərin iştirakı olmadan danışıqlara başlamışlar.