Müsahibə

Dağlıq Qarabağ danışıqları sonsuzluğa qədər davam edə bilməz

Elşad Mirbəşiroğlu: "Yenilənmiş Madrid prinsipləri münaqişənin tənzimlənməsi üçün optimal variantı özündə ehtiva edir"

- Elşad müəllim, Almatı görüşünün nəticəsiz başa çatmasının konkret səbəblərini nədə görürsünüz? 

- İstər ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən, istərsə də Azərbaycan tərəfindən Almatı görüşünə müəyyən ümidlər bəslənilirdi. Bunun da səbəbi Ermənistan tərəfinin yenilənmiş Madrid prinsiplərinə münasibəti haqqında təsəvvürlərin formalaşacağına ümid edilirdi. Bildiyiniz kimi, ötən ilin noyabr ayının sonunda tərəflərə yenilənmiş Madrid prinsipləri təqdim olunmuşdu. Azərbaycan tərəfi bu prinsipləri bəyəndiyini və bu prinsiplər üzrə hərəkət etməyin tərəfdarı olduğunu bildirmişdir. Ermənistan tərəfindən isə heç bir reaksiya müşahidə olunmamışdır. Güman edilirdi ki, Almatı görüşündə yenilənmiş Madrid prinsipləri ilə bağlı erməni tərəfinin mövqeyi açıqlanacaq. Təəssüflər olsun ki, yenə də birmənalı olaraq, Ermənistanın qeyri-konstruktiv mövqe tutması, öz "prinsiplərinə" sadiqlik göstərməsi nəticəsində Almatı görüşündə nəticə əldə olunmamışdır. Burada bir daha sübut olundu ki, Ermənistan istənilən vasitə ilə status-kvonun saxlanmasında maraqlıdır. Təbii ki, xarici qüvvələr Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini istəmir, bölgədə vəziyyətin dəyişməz qalmasına çalışırlar. Bu baxımdan, onların da Ermənistana müəyyən təsirlər etdiklərini güman etmək olar. Bir daha qeyd etmək istəyirəm ki, Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi nəticəsində Almatı görüşündə irəliləyiş əldə olunmadı.

- Ermənistan dövlətinin yenilənmiş Madrid prinsiplərinə hələ də münasibət bildirməməsi nəticə etibarı ilə Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqların nəticəsiz qalacağını söyləməyə əsas verirmi?

- Fikrimcə, bu gün danışıqların davam etdirilməsi üçün hələ də imkanlar tam tükənməyib. Düzdür, bu inam artıq azalmaqdadır. Danışıqları sonsuzluğa qədər davam etdirə bilmərik. Bildiyiniz kimi, cənab Prezident də qeyd edib ki, biz nəticəsiz danışıqları davam etdirmək niyyətində deyilik. Ona görə də, hesab edirəm ki, bu gün Azərbaycan tərəfi danışıqlarda iştirak edirsə, bu prosesin iştirakçısıdırsa, deməli, hələlik, danışıqlara müəyyən ümidlər qalmaqdadır. Yenilənmiş Madrid prinsipləri müəyyən qədər münaqişənin tənzimlənməsi üçün optimal variantı özündə ehtiva edir. Əslində, bu, Ermənistan tərəfini də razı salmalı idi. Çünki Ermənistan üçün vacib olan məqam Dağlıq Qarabağın statusu məsələsidir. Dağlıq Qarabağətrafı rayonlar Ermənistanın maraqlarında olmamalıdır. Amma görünür ki, Ermənistan tərəfi buna getmək istəmir və bu məsələnin kəskinləşməsinə gətirib çıxaran addımlar atır.

- Ölkə Prezidenti növbəti dəfə öz çıxışında Dağlıq Qarabağla bağlı heç bir güzəştə gedilməyəcəyini, münaqişə sülh yolu ilə həll olunmazsa, müharibə variantına əl atılacağını bildirib. Bu, onu deməyə əsas verirmi ki, artıq münaqişənin müharibə yolu ilə həlli qaçılmazdır?

- Cənab Prezident bununla bağlı olaraq, kifayət qədər ciddi şəkildə bəyanatlarla çıxış etmişdir. Azərbaycan xalqının öz Prezidentinə böyük ümidləri və etibarı vardır. Cənab Prezident də hər addımı, hər fəaliyyəti ilə bu ümidləri doğrultduğunu göstərir və xalqının maraqlarına cavab verən addımlar atdığını nümayiş etdirir. Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması Azərbaycanın ən yaralı yeridir. Həm də bu gün inkişaf edən Azərbaycanın yeganə problemli sahəsidir. Əlbəttə, Prezidentimizin qeyd etdiyi kimi, torpaq məsələsində heç bir güzəştdən söhbət gedə bilməz. Ona görə də, bütün hallarda Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməyə çalışacaqdır. İstər hələ də aktuallığını qoruyub saxlayan danışıqlar prosesi olsun, istərsə də, bu proseslərin nəticə verməyəcəyi təqdirdə, Azərbaycanın tam hüquqla əl atacağı müharibə yolu olsun. Prezidentin qeyd etdiyi kimi, Azərbaycanın öz ərazilərini hərbi yolla bərpa etmək imkanları vardır. Bir sözlə, ölkəmiz istənilən vaxt öz torpaqlarını işğaldan azad etmək imkanına malikdir. Əgər danışıqlar nəticə verməzsə, əlbəttə, Azərbaycan hərbi yolla işğal altında olan torpaqlarını işğaldan azad edəcəkdir.




Müəllif: Gülyanə Murad


Çap et   Geri   Yuxarı


Xəbər lenti

» Azərbaycanla Rusiya bütün sahələrdə əməkdaşlığı uğurla davam etdirirlər (4)

» Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyevanın və Rusiya Prezidentinin xanımı svetlana medvedevanın görüşü olub  (5)

» Azərbaycanla Rusiyanı tarixi əlaqələr birləşdirir (9)

» Rusiya-Azərbaycan münasibətlərində yeni mərhələ açılır (9)

» Yeni Azərbaycan Partiyası seçkiyə tam hazırdır (4)

» YAP-ın nümayəndə heyəti cəbhə bölgəsinə səfər edib (6)

» “Yüksək seçki fəallı qələbəmizi şərtləndirəcək" (9)

» Yeni Azərbaycan Partiyası seçki kampaniyasına tam hazırdır (5)

» Türkiyədə erməni lobbisinə qarşı əks-kampaniya başladı (8)

» Həmsədrlər BMT-də yeni qətnamə layihəsinin müzakirəsi zamanı hansı mövqedən çıxış edəcəklər? (7)

» Yeni Azərbaycan Partiyasının Siyəzən rayon təşkilatında görüş keçrildi (8)

» ARDNŞ cari ilin yanvar-avqust ayları ərzində 112 min 316 ton avtomobil benzini ixrac edib (5)

» ARDNŞ avqust ayında Novorossiysk limanından 214 min 274 ton xam neft ixrac edib (4)

» Pensiya və minimum əməkhaqqının artırılması əhalinin sosial müdafiəsini gücləndirir (4)

» Ermənilər və gürcülər Kürü çirkləndirirlər (5)

» Qafqaz İslam Ordusunun Bakı zəfəri  (9)

» Gənc istedadın sənət naxışı (4)

» "Şəhidim" adlı musiqi kompozisiyası hazırlanıb (4)

» "CATA-2010" Beynəlxalq Turizm Sərgisi (4)

» Məmməd Rahimin fotosənədləri aşkar edilib  (5)

Qafqaz İslam Ordusunun Bakı zəfəri

Azərbaycanın şanlı dövlətçilik tarixinə qızıl hərflərlə yazılan günlərdən biri də 1918-ci ildə Qafqaz İslam Ordusu tərəfindən Bakının bolşevik-daşnak işğalından azad olunmasıdır. Bu hadisələrin canlı şahidləri az olsa da, tarixi sənədlərdə Bakı qırğınları, azərbaycanlıların soyqırımı haqda geniş məlumatlar, danılmaz faktlar var.  

Gənc istedadın sənət naxışı

Çağdaş dövrünü yaşayan Azərbaycan muğam sənəti müasir dövrümüzdə tarixi ənənə üzərində inkişafdadır. Bu sənətin mahir ifaçıları milli muğamın dəyərlərini yaşatmaqla xalqın keçmişini müasir həyatla üzvü olaraq birləşdirirlər. 

Vaşinqtonda İsrail və Fələstin arasında danışıqlar başlandı

"Frans Press" informasiya agentliyinin ABŞ-ın Dövlət Departamentinə əsaslanaraq, yaydığı məlumata görə, İsrailin baş naziri Binyamin Netaniyaqu və Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas Vaşinqtonda vasitəçilərsiz və tərcüməçilərin iştirakı olmadan danışıqlara başlamışlar.  
© 2002-2009, “Səs” qəzeti, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Ünvan: Ü. Hacıbəyov küçəsi, 32; Bakı, Azərbaycan
Tel.: (+994 12) 598-33-90  ;  Faks: (+994 12) 493-11-62  ;  Email: ses@sia.az

Baş redaktor: Bəhruz QULİYEV         Təsisçi: Əlincə Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı

"Səs" qəzeti "AzərTac", "AZADINFORUM", və "APA" agentliklərinin
informasiyalarından istifadə edir. Dərc olunan reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.


 
271
2149
190591