Dünya
Sudanda iki alman girovu azadlığa buraxılıb
"ZDF" telekanalının Almaniyanın vitse-kansleri G.Vestervelleyə əsaslanaraq, yaydığı məlumata görə, Sudanda beş həftə əvvəl girov götürülmüş "Alman Texniki Bərpa Xidməti"nin iki əməkdaşı azadlığa buraxılmışdır. Vitse-kanslerin dediyinə görə, hər iki AFR vətəndaşı hazırda Sudandadır və hökumət orqanları onların təhlükəsizliyini qoruyur. Onun dediyinə görə, onlar paytaxt Xartuma gətiriləcəkdir. Artıq Sudandakı Almaniya səfiri bu məsələ ilə məşğul olur. Hadisənin təfərrüatı açıqlanmır. Həmin şəxsləri kimlərin girov götürdüyü haqda məlumat verilmir. Girovlardan birinin 34, o birinin isə 52 yaşı vardır. Onlardan biri Berlin, ikincisi isə Şlezviq-Qolşteyn şəhərlərindəndir. Onların hər ikisi cari ilin iyun ayının axırlarında Nyala şəhərindəki ofislərindən oğurlanmışdır. Hazırda Sudanda 58 Almaniya vətəndaşı işləyir. Onların əksəriyyəti BMT-nin bu və ya digər missiyasında xidmət edir. "Alman Texniki Bərpa Xidməti" 2004-cü ildən Sudanda fəaliyyət göstərir.Müəllif:



Azərbaycanın şanlı dövlətçilik tarixinə qızıl hərflərlə yazılan günlərdən biri də 1918-ci ildə Qafqaz İslam Ordusu tərəfindən Bakının bolşevik-daşnak işğalından azad olunmasıdır. Bu hadisələrin canlı şahidləri az olsa da, tarixi sənədlərdə Bakı qırğınları, azərbaycanlıların soyqırımı haqda geniş məlumatlar, danılmaz faktlar var.
Çağdaş dövrünü yaşayan Azərbaycan muğam sənəti müasir dövrümüzdə tarixi ənənə üzərində inkişafdadır. Bu sənətin mahir ifaçıları milli muğamın dəyərlərini yaşatmaqla xalqın keçmişini müasir həyatla üzvü olaraq birləşdirirlər.
"Frans Press" informasiya agentliyinin ABŞ-ın Dövlət Departamentinə əsaslanaraq, yaydığı məlumata görə, İsrailin baş naziri Binyamin Netaniyaqu və Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas Vaşinqtonda vasitəçilərsiz və tərcüməçilərin iştirakı olmadan danışıqlara başlamışlar.