Dünya
İsrail yeni RMƏ sisteminin sınağını keçirib
"Defece Talk" qəzetinin yazdığına görə, İsraildə "Dəmir qüllə" adı altında keçirilən raketdənmüdafiə sistemlərinin yeni sınağı başa çatmışdır. Sınaq iyulun 11-14-ü arasında keçirilmişdir. Təlimdə Silahların və Texnologiyaların İnkişafı üzrə İdarə, İsrailin Müdafiə Nazirliyi və RMƏ qurğuları hazırlayan "Rafael" kompaniyası iştirak etmişdir. Sınaqlar artıq orduya qəbul edilmiş RMƏ kompleksləri əsasında keçirilmişdir. "Dəmir qüllə" şərti rəqibin bir raketini də hədəfdən yan buraxmamışdır. Məlumata görə, sınaqlar zamanı "Kassam" tipli idarəedilməz raketləri imitasiya edən hədəflərin tutulması və 122 millimetrlik "Qrad" və "Katyuşa" tipli alovsaçan raketlərin vurulub salınması məşqləri aparılmışdır. Sınaqlar başa çatdıqdan sonra, nəzərdə tutulmuşdur ki, yeni RMƏ-lərin iki batareyası bu ilin noyabrında döyüş növbəsinə götürülsün. İndiyədək bu cür bir batareya İsrailin hərbi-hava qüvvələrinə verilmişdir. İkinci batareya isə bu ilin sentyabrında silahlı qüvvələrə qəbul ediləcəkdir. Bu cür batareyalardan biri 4-70 kilometr arası məsafədən buraxılmaqla 150 kvadratkilometrlik sahəni əhatə etməyə qadirdir. "Dəmir qüllə"nin tərkibinə 20 ədəd raket əleyhinə "Tamir" tipli üç buraxılış qurğusu, alovun idarə edilməsi mərkəzi və "Elta Sustems" kompaniyasının istehsalı olan çoxməqsədli EL/M-2084 radiolokasiya stansiyası daxildir. Bu cür "Dəmir qüllə"lərdən birinin ilk mərhələdə Qəzza bölgəsi yaxınlığına qoyulacağı ehtimal edilir. Bu qurğu Qəzzadan Livan sərhədinədək olan ərazini mühafizə edəcəkdir. Bütün sərhədləri qorumaq üçün İsrailə bu cür qurğu lazım olacaqdır.Müəllif:



Azərbaycanın şanlı dövlətçilik tarixinə qızıl hərflərlə yazılan günlərdən biri də 1918-ci ildə Qafqaz İslam Ordusu tərəfindən Bakının bolşevik-daşnak işğalından azad olunmasıdır. Bu hadisələrin canlı şahidləri az olsa da, tarixi sənədlərdə Bakı qırğınları, azərbaycanlıların soyqırımı haqda geniş məlumatlar, danılmaz faktlar var.
Çağdaş dövrünü yaşayan Azərbaycan muğam sənəti müasir dövrümüzdə tarixi ənənə üzərində inkişafdadır. Bu sənətin mahir ifaçıları milli muğamın dəyərlərini yaşatmaqla xalqın keçmişini müasir həyatla üzvü olaraq birləşdirirlər.
"Frans Press" informasiya agentliyinin ABŞ-ın Dövlət Departamentinə əsaslanaraq, yaydığı məlumata görə, İsrailin baş naziri Binyamin Netaniyaqu və Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas Vaşinqtonda vasitəçilərsiz və tərcüməçilərin iştirakı olmadan danışıqlara başlamışlar.