Cəmiyyət

Ermənistanla Türkiyə sərhədinin açılması qeyri-mümkündür

Məlum olduğu kimi, Ermənistanda NATO təlimlərinin keçirilməsi ilə əlaqədar olaraq, Yerevan Türkiyə-Ermənistan sərhədlərinin açılacağı ilə bağlı məlumatlar yayır. Bu məlumat nə dərəcədə reallığı əks etdirir? Bu məsələyə aydınlıq gətirmək üçün politoloqlara müraciət etdik.

Musa Qasımlı, tarix elmləri  doktoru, professor:

- Fikrimcə, Türkiyə NATO blokunun üzvü olduğundan, onun qərarlarına riayət edir. Doğrudur, NATO-da qərarlar konsensus yolu ilə qəbul edilir. Amma hesab edirəm ki, sözügedən məlumatlar, müəyyən mənada, həqiqətləri əks etdirmir. Əlbəttə, NATO təlimləri çərçivəsində sərhədin açılması iki ölkə arasında sərhədlərin daimi açılması demək deyil.

Qabil Hüseynli, politoloq:

- Demək olar ki, bu məsələ çoxdan gündəmdədir. Yəni, sözügedən məlumatla bağlı olaraq deyildi ki, Ermənistan-Türkiyə sərhədləri qısa müddətdə açıla bilər, sonra isə bununla bağlı dəqiqləşdirmələr aparıldı. Bundan sonra, söhbətlər yayıldı ki, NATO-nun qərargah təlimləri keçiriləcək və bu təlimlərin iki ölkə ərazisində, yəni Türkiyə ilə Ermənistan ərazisində keçirilməsi nəzərdə tutulur. Bir sözlə, sərhədlərin bir neçə günlük açılması nəzərdə tutulub. Bəzi məlumatlara görə, Türkiyənin Van vilayətində Axdamar adlı bir kilsə var. Yəni, sözügedən bu kilsə erməni kilsəsidir. Bu kilsəni isə Türkiyə tərəfi təmir edib və ibadətə hazır vəziyyətə gətirib. İndi isə onun açılış mərasimi olacaq. Həmin tarixdə ermənilər Axdamar kilsəsinin açılış mərasimində iştirak etmək üçün Van vilayətinə axın edəcəklər. Bir sözlə, Van vilayəti, Ağrı vilayəti və s. bu kimi torpaqlara ermənilərin ciddi ərazi iddiaları var. Ona görə də, sərhədlərin açılması real görünmür.




Müəllif: GÜLYANƏ


Çap et   Geri   Yuxarı


Xəbər lenti

» Azərbaycanla Rusiya bütün sahələrdə əməkdaşlığı uğurla davam etdirirlər (4)

» Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyevanın və Rusiya Prezidentinin xanımı svetlana medvedevanın görüşü olub  (5)

» Azərbaycanla Rusiyanı tarixi əlaqələr birləşdirir (9)

» Rusiya-Azərbaycan münasibətlərində yeni mərhələ açılır (9)

» Yeni Azərbaycan Partiyası seçkiyə tam hazırdır (4)

» YAP-ın nümayəndə heyəti cəbhə bölgəsinə səfər edib (6)

» “Yüksək seçki fəallı qələbəmizi şərtləndirəcək" (9)

» Yeni Azərbaycan Partiyası seçki kampaniyasına tam hazırdır (5)

» Türkiyədə erməni lobbisinə qarşı əks-kampaniya başladı (8)

» Həmsədrlər BMT-də yeni qətnamə layihəsinin müzakirəsi zamanı hansı mövqedən çıxış edəcəklər? (7)

» Yeni Azərbaycan Partiyasının Siyəzən rayon təşkilatında görüş keçrildi (8)

» ARDNŞ cari ilin yanvar-avqust ayları ərzində 112 min 316 ton avtomobil benzini ixrac edib (5)

» ARDNŞ avqust ayında Novorossiysk limanından 214 min 274 ton xam neft ixrac edib (4)

» Pensiya və minimum əməkhaqqının artırılması əhalinin sosial müdafiəsini gücləndirir (4)

» Ermənilər və gürcülər Kürü çirkləndirirlər (5)

» Qafqaz İslam Ordusunun Bakı zəfəri  (9)

» Gənc istedadın sənət naxışı (4)

» "Şəhidim" adlı musiqi kompozisiyası hazırlanıb (4)

» "CATA-2010" Beynəlxalq Turizm Sərgisi (4)

» Məmməd Rahimin fotosənədləri aşkar edilib  (5)

Qafqaz İslam Ordusunun Bakı zəfəri

Azərbaycanın şanlı dövlətçilik tarixinə qızıl hərflərlə yazılan günlərdən biri də 1918-ci ildə Qafqaz İslam Ordusu tərəfindən Bakının bolşevik-daşnak işğalından azad olunmasıdır. Bu hadisələrin canlı şahidləri az olsa da, tarixi sənədlərdə Bakı qırğınları, azərbaycanlıların soyqırımı haqda geniş məlumatlar, danılmaz faktlar var.  

Gənc istedadın sənət naxışı

Çağdaş dövrünü yaşayan Azərbaycan muğam sənəti müasir dövrümüzdə tarixi ənənə üzərində inkişafdadır. Bu sənətin mahir ifaçıları milli muğamın dəyərlərini yaşatmaqla xalqın keçmişini müasir həyatla üzvü olaraq birləşdirirlər. 

Vaşinqtonda İsrail və Fələstin arasında danışıqlar başlandı

"Frans Press" informasiya agentliyinin ABŞ-ın Dövlət Departamentinə əsaslanaraq, yaydığı məlumata görə, İsrailin baş naziri Binyamin Netaniyaqu və Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas Vaşinqtonda vasitəçilərsiz və tərcüməçilərin iştirakı olmadan danışıqlara başlamışlar.  
© 2002-2009, “Səs” qəzeti, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Ünvan: Ü. Hacıbəyov küçəsi, 32; Bakı, Azərbaycan
Tel.: (+994 12) 598-33-90  ;  Faks: (+994 12) 493-11-62  ;  Email: ses@sia.az

Baş redaktor: Bəhruz QULİYEV         Təsisçi: Əlincə Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı

"Səs" qəzeti "AzərTac", "AZADINFORUM", və "APA" agentliklərinin
informasiyalarından istifadə edir. Dərc olunan reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.


 
269
2147
190589