Cəmiyyət

Şəkidə növbəti ictimai dinləmə keçirildi

Məlum olduğu kimi, ombudsman Elmira Süleymanova İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının təbliği və tətbiqi vəziyyətinin monitorinqi, həmçinin, seçki hüququ ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə respublikamızın hər bir rayonunda silsilə ictimai dinləmələr keçirir. Növbəti belə tədbir Şəki şəhərində keçirilib. Şəki şəhərində keçirilən ictimai dinləmədə rayon icra hakimiyyəti və bələdiyyələrin, məhkəmələrin, daxili işlər orqanları və prokurorluğun, dairə seçki komissiyalarının, yerli qeyri-hökumət təşkilatları, KİV-lərin və icmaların nümayəndələri iştirak ediblər. Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Murad Cabbarlı MFP üzrə görülmüş işlər, həmçinin, regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramına müvafiq olaraq, respublikanın hər yerində, o cümlədən, Şəkidə tədbirlərin həyata keçirildiyini, abadlıq-quruculuq işlərinin davam etdirildiyi, son dövrdə yeni parkların, o cümlədən bələdiyyə tərəfindən istirahət parkının salındığını, Olimpiya-İdman Kompleksinin, Diaqnostika Mərkəzinin, arxiv üçün inzibati və yeni televiziya binalarının istifadəyə verildiyini, şəhər və kəndlərdə məktəb binalarının, səhiyyə obyektlərinin, yeni mehmanxanaların və turizm obyektlərinin tikildiyini, yeni asfalt yollarının çəkildiyini, enerji təminatının yaxşılaşdırıldığını digər tədbirlərin həyata keçirildiyini bildirdi. Tədbirdə ombudsman Elmira Süleymanova çıxış edərək ölkəmizdə həyata keçirilən demokratik-hüquqi və sosial-iqtisadi islahatlar barəsində geniş məlumat verdi. E.Süleymanova insan hüquq və azadlıqlarının müdafiəsinin dövlətin qarşısında duran ən mühüm vəzifələrdən biri olduğunu diqqətə çatdırdı. Son vaxtlar ölkəmizdə, o cümlədən, Şəki şəhərində sel və daşqınlar nəticəsində problemlər yarandığını vurğulayan E.Süleymanova bu çətinliklərin birgə səylərlə, daxili imkanlar hesabına mütəşəkkil şəkildə aradan qaldırıldığını söylədi. Ombudsman, həmçinin, respublikamızda insan hüquqları sahəsində görülən işlər, Azərbaycanın beynəlxalq konvensiyalara qoşulması, milli qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması və insan hüquqlarının daha səmərəli həyata keçirilməsinə yönəlmiş qanunların qəbul edilməsi, mükəmməl normativ-hüquqi bazanın yaradılması, ombudsmanın, o cümlədən, onun Şəki regional mərkəzinin fəaliyyəti barədə də məlumat verdi. Onun sözlərinə görə, ötən üç il ərzində xeyli iş görülüb. Ombudsman qarşıdan gələn parlament seçkisi ilə bağlı seçki hüquqlarının prioritet məsələ olduğunu, Seçki Məcəlləsinə zəruri əlavə və dəyişikliklərin edildiyini, dövlət başçısının müvafiq sərəncamlarının əhəmiyyətini və bu sənədlərin təbliğinin zəruriliyini, eyni zamanda bütün namizədlərə bərabər imkanların yaradıldığını, seçki prosesinə müdaxilənin yolverilməzliyini vurğuladı. Tədbirdə rayon məhkəməsinin sədri, prokuror köməkçisi və polis şöbəsi rəisinin müavinləri çıxış edərək, MFP-də nəzərdə tutulmuş vəzifələrin icrası istiqamətində görülmüş işlər, rayonun müvafiq dövlət orqanlarında insan hüquq və azadlıqlarının təmin olunması, vətəndaşların müraciətlərinə baxılması, onlara şəxsiyyət vəsiqələrinin verilməsi vəziyyəti, sabitliyin mövcudluğu, rayonda kriminogen durum, məhkəmə-hüquq islahatları və qətnamələrin icrası, hüquq-mühafizə orqanlarının əməkdaşlığı barədə ətraflı məlumat verdilər. Tədbirin sonunda iştirakçılara ötən dövr ərzində MFP üzrə görülmüş işlərlə bağlı respublika yekun konfranslarının toplu şəklində nəşr edilmiş materialları, Ombudsman Aparatı tərəfindən hazırlanan digər maarifləndirici vəsaitlər təqdim olundu.


Müəllif: RƏFİQƏ KAMALQIZI


Çap et   Geri   Yuxarı


Xəbər lenti

» Azərbaycanla Rusiya bütün sahələrdə əməkdaşlığı uğurla davam etdirirlər (4)

» Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyevanın və Rusiya Prezidentinin xanımı svetlana medvedevanın görüşü olub  (5)

» Azərbaycanla Rusiyanı tarixi əlaqələr birləşdirir (9)

» Rusiya-Azərbaycan münasibətlərində yeni mərhələ açılır (9)

» Yeni Azərbaycan Partiyası seçkiyə tam hazırdır (4)

» YAP-ın nümayəndə heyəti cəbhə bölgəsinə səfər edib (6)

» “Yüksək seçki fəallı qələbəmizi şərtləndirəcək" (9)

» Yeni Azərbaycan Partiyası seçki kampaniyasına tam hazırdır (5)

» Türkiyədə erməni lobbisinə qarşı əks-kampaniya başladı (8)

» Həmsədrlər BMT-də yeni qətnamə layihəsinin müzakirəsi zamanı hansı mövqedən çıxış edəcəklər? (7)

» Yeni Azərbaycan Partiyasının Siyəzən rayon təşkilatında görüş keçrildi (8)

» ARDNŞ cari ilin yanvar-avqust ayları ərzində 112 min 316 ton avtomobil benzini ixrac edib (5)

» ARDNŞ avqust ayında Novorossiysk limanından 214 min 274 ton xam neft ixrac edib (4)

» Pensiya və minimum əməkhaqqının artırılması əhalinin sosial müdafiəsini gücləndirir (4)

» Ermənilər və gürcülər Kürü çirkləndirirlər (5)

» Qafqaz İslam Ordusunun Bakı zəfəri  (9)

» Gənc istedadın sənət naxışı (4)

» "Şəhidim" adlı musiqi kompozisiyası hazırlanıb (4)

» "CATA-2010" Beynəlxalq Turizm Sərgisi (4)

» Məmməd Rahimin fotosənədləri aşkar edilib  (5)

Qafqaz İslam Ordusunun Bakı zəfəri

Azərbaycanın şanlı dövlətçilik tarixinə qızıl hərflərlə yazılan günlərdən biri də 1918-ci ildə Qafqaz İslam Ordusu tərəfindən Bakının bolşevik-daşnak işğalından azad olunmasıdır. Bu hadisələrin canlı şahidləri az olsa da, tarixi sənədlərdə Bakı qırğınları, azərbaycanlıların soyqırımı haqda geniş məlumatlar, danılmaz faktlar var.  

Gənc istedadın sənət naxışı

Çağdaş dövrünü yaşayan Azərbaycan muğam sənəti müasir dövrümüzdə tarixi ənənə üzərində inkişafdadır. Bu sənətin mahir ifaçıları milli muğamın dəyərlərini yaşatmaqla xalqın keçmişini müasir həyatla üzvü olaraq birləşdirirlər. 

Vaşinqtonda İsrail və Fələstin arasında danışıqlar başlandı

"Frans Press" informasiya agentliyinin ABŞ-ın Dövlət Departamentinə əsaslanaraq, yaydığı məlumata görə, İsrailin baş naziri Binyamin Netaniyaqu və Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas Vaşinqtonda vasitəçilərsiz və tərcüməçilərin iştirakı olmadan danışıqlara başlamışlar.  
© 2002-2009, “Səs” qəzeti, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Ünvan: Ü. Hacıbəyov küçəsi, 32; Bakı, Azərbaycan
Tel.: (+994 12) 598-33-90  ;  Faks: (+994 12) 493-11-62  ;  Email: ses@sia.az

Baş redaktor: Bəhruz QULİYEV         Təsisçi: Əlincə Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı

"Səs" qəzeti "AzərTac", "AZADINFORUM", və "APA" agentliklərinin
informasiyalarından istifadə edir. Dərc olunan reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.


 
269
2147
190589