Analitika
Ünvanlı Sosial Yardımın verilməsi prosesində yeniliklərin həyata keçirilməsi davam edəcək
Dünən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) ünvanlı sosial yardımla verilməsi ilə bağlı cari ilin 6 ayının nəticələri ilə bağlı mətbuat konfransı keçirilib. Mətbuat konfransında yoxsulluq problemləri və ünvanlı sosial yardım siyasəti şöbəsinin müdiri Natiq Qasımov bildirib ki, ölkədə artıq 4 ildir ki, ünvanlı sosial yardımların (ÜSY) verilməsinə başlanılıb. Həssas qrupdan olan insanların daha fəal sosial təminat yönümlü proqramlara cəlb olunmalarına ehtiyacın olduğunu qeyd edən N.Qasımov bir çox dünya ölkələrində uğurla tətbiq olunan sosial yardımın verilməsi prinsiplərinin ölkəmizdə də həyata keçirilməsinə başlanılıb.
Nəticə etibarı ilə ünvanlı sosial yardımın verilməsi prosesində yeniliklərin həyata keçirilməsi də nəzərdə tutulur. O cümlədən, aztəminatlı ailələrə sosial yardımın göstərilməsi, məşğulluğun artırılması, yardımların daha effektiv xərclənməsinə şəraitin yaradılması məqsədi ilə vətəndaşlarla sosial müqavilələrin bağlanması nəzərdə tutulur. N.Qasımovun sözlərinə görə, Dünya Bankının tövsiyəsi ilə 2 pilot rayonda özünütəminetmə proqram layihəsinin 1 il müddətinə sınaqdan keçirilməsi planlaşdırılır. Əhaliyə yüksək səviyyəli xidmətin göstərilməsi məqsədi ilə nazirlik tərəfindən müntəzəm olaraq monitorinqlərin aparıldığını qeyd edən N.Qasımov, bu məqsədlə vətəndaşlar tərəfindən nazirliyin ünvanına daxil olmuş ərizə və şikayətlərin məzmunu təhlil edilərək müvafiq tədbirlər görüldüyünü vurğulayıb. Hazırda ƏƏSMN Təhsil Nazirliyi və YUNİSEF-lə birlikdə 6 rayonda monitorinqlər keçirir. Əsas məqsəd dövlətdən yardım alan uşaqların vəziyyətinin araşdırılmasıdır. Monitorinq 2 ay müddətində aparılıb və nəticələr gələn ay açıqlanacaq.
N.Qasımov daha sonra bildirib ki, bu il iyulun 1-nə qədər 132 945 ailə ünvanlı sosial yardımlar alıb. Bir ailə üzvünə düşən orta aylıq ÜSY məbləği 24,91 manat, bir ailəyə düşən orta aylıq ÜSY məbləği 112,98 manatdır. Bu tarixə qədər 603 074 nəfər ailə üzvü ünvanlı sosial yardım alıb ki, onlardan 288 789-u (47,9%) yaşı 18-dək olan, 33 984-ü (5,6%) əmək pensiyası alan, 8 385-i (1,4%) sağlamlıq imkanları məhdud 18 yaşınadək olan, 17 120-si (2,8%)18 yaşından yuxarı əlil olan, 9 661-i (1,6%) 1 yaşadək olan, 1049 (0,2%) isə cəzaçəkmə müəssisəsindən azad edilmişlərin ailə üzvləridir. ÜSY təyin olunan ailələrdən 3 və daha çox uşağı olan ailələr 54 854 nəfər (41,3%), qəyyumluq (himayəçi) təyin edilmiş ailələr 202 (0,1%), şəhid ailələri 34 (0,02%), müharibə əlili olan ailələr 463 (0,3%), digər səbəbdən əlili olan ailələr 15 105 (11,4%), məcburi köçkün ailələri 9 066 (6,8%) və cəzaçəkmə müəssisəsindən azad edilmiş şəxslərin ailələri 242 nəfər (0,2%) təşkil edir.
Müəllif: Bəxtiyar MƏMMƏDOV



Azərbaycanın şanlı dövlətçilik tarixinə qızıl hərflərlə yazılan günlərdən biri də 1918-ci ildə Qafqaz İslam Ordusu tərəfindən Bakının bolşevik-daşnak işğalından azad olunmasıdır. Bu hadisələrin canlı şahidləri az olsa da, tarixi sənədlərdə Bakı qırğınları, azərbaycanlıların soyqırımı haqda geniş məlumatlar, danılmaz faktlar var.
Çağdaş dövrünü yaşayan Azərbaycan muğam sənəti müasir dövrümüzdə tarixi ənənə üzərində inkişafdadır. Bu sənətin mahir ifaçıları milli muğamın dəyərlərini yaşatmaqla xalqın keçmişini müasir həyatla üzvü olaraq birləşdirirlər.
"Frans Press" informasiya agentliyinin ABŞ-ın Dövlət Departamentinə əsaslanaraq, yaydığı məlumata görə, İsrailin baş naziri Binyamin Netaniyaqu və Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas Vaşinqtonda vasitəçilərsiz və tərcüməçilərin iştirakı olmadan danışıqlara başlamışlar.