Analitika

Azərbaycan-Koreya beynəlxalq birgə əməkdaşlıq seminarı keçirildi

Dünən "Park İnn" otelində Azərbaycan-Koreya beynəlxalq birgə əməkdaşlıq seminarı keçirilib. "Qlobal şəbəkə sahəsində bölgü və əməkdaşlıq" mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində həyata keçirilən seminar Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Koreya Texnologiyaları İnstitutu arasında reallaşıb. Tədbiri giriş sözü ilə açan RİTN müavini Elmir Vəlizadə, ilk növbədə, qonaqlara nazir Əli Abbasovun salamlarını çatdırdı. E.Vəlizadə bildirdi ki, bu seminarın Azərbaycanda keçirilməsi iki ölkə arasında gələcək əməkdaşlıq imkanlarına şərait yaradacaq. Nazir müavini bildirdi ki, seminarda Koreyadan 22 nəfərdən ibarət nümayəndə heyəti iştirak edir: "Bu seminarın keçirilməsi iki ölkə arasında əməkdaşlıq, informasiya kommunikasiya texnologiyaları sahəsində əldə olunan nailiyyətlər, perspektivlər və təcrübələr haqqında fikir mübadiləsi aparmaqdır. Belə bir tədbirin keçirilməsi hər iki tərəf üçün maraqlıdır". Nazir müavini onu da söylədi ki, Transmilli Avrasiya Superinformasiya Magistralının çəkilməsi layihəsi çərçivəsində Koreya tərəfi ölkəmizə öz dəstəyini verməklə yanaşı, buna dair müvafiq bəyannaməni təsdiq edib: "Biz Koreyanin təcrübəsindən bir sıra layihələrin tətbiqində istifadə etmişik, o cümlədən, poçt, nəqliyyat, sahələrində. Koreya Transmilli Avrasiya Superinformasiya Magistralının çəkilməsi layihəsi çərçivəsində öz dəstəyini təqdim edib və müvafiq bəyannaməni təsdiq edib". Daha sonra tədbirdə çıxış edən Koreyanın Qabaqcıl Elm və Texnologiya İnstitutunun prezidenti Nam Pyo Suhun tədbir iştirakçılarını onlayn sistemində salamlayaraq, konfransın hər iki tərəf üçün vacibliyini bildirərək, bu konfransın gələcək əməkdaşlıq perspektivlərinə müsbət təsir edə biləcəyini vurğuladı. Həmçinin, Nam Pyo Suhun rəhbərlik etdiyi institutun 1970-ci ildə yaradıldığını və bu sahədə geniş işlərin görüldüyünü də söylədi. İnstitut haqqında məlumat verən Nam Pyo Suhun konfrans təşkilatçılarına təşəkkürünü bildirdi. Tədbirin davamında çıxış edən Koreyanın Azərbaycandakı səfiri Ji Ha Li Azərbaycanla Koreya arasında olan ikitərəfli əlaqələrdən danışdı. O bildirdi ki, ölkələr arasında əlaqələr 1996-cı ildən yaranmağına baxmayaraq, bu münasibətlər 2006-cı ildə rəsmiləşib və həmin ildən başlayaraq müxtəlif sahələrdə anlaşma memorandumları imzalanıbdır. Səfir Koreyanın Azərbaycanda 5 layihə həyata keçirdiyini vurğuladı: "Əməkdaş ölkə olan Koreya bu il ərzində Azərbaycan mütəxəssisləri üçün nəzərdə tutulan treninq proqramı çərçivəsində 22 milyon dollar vəsait ayırıb".


Müəllif: RƏFİQƏ KAMALQIZI


Çap et   Geri   Yuxarı


Xəbər lenti

» Azərbaycanla Rusiya bütün sahələrdə əməkdaşlığı uğurla davam etdirirlər (4)

» Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyevanın və Rusiya Prezidentinin xanımı svetlana medvedevanın görüşü olub  (4)

» Azərbaycanla Rusiyanı tarixi əlaqələr birləşdirir (9)

» Rusiya-Azərbaycan münasibətlərində yeni mərhələ açılır (9)

» Yeni Azərbaycan Partiyası seçkiyə tam hazırdır (4)

» YAP-ın nümayəndə heyəti cəbhə bölgəsinə səfər edib (6)

» “Yüksək seçki fəallı qələbəmizi şərtləndirəcək" (9)

» Yeni Azərbaycan Partiyası seçki kampaniyasına tam hazırdır (5)

» Türkiyədə erməni lobbisinə qarşı əks-kampaniya başladı (8)

» Həmsədrlər BMT-də yeni qətnamə layihəsinin müzakirəsi zamanı hansı mövqedən çıxış edəcəklər? (7)

» Yeni Azərbaycan Partiyasının Siyəzən rayon təşkilatında görüş keçrildi (8)

» ARDNŞ cari ilin yanvar-avqust ayları ərzində 112 min 316 ton avtomobil benzini ixrac edib (5)

» ARDNŞ avqust ayında Novorossiysk limanından 214 min 274 ton xam neft ixrac edib (4)

» Pensiya və minimum əməkhaqqının artırılması əhalinin sosial müdafiəsini gücləndirir (4)

» Ermənilər və gürcülər Kürü çirkləndirirlər (5)

» Qafqaz İslam Ordusunun Bakı zəfəri  (9)

» Gənc istedadın sənət naxışı (4)

» "Şəhidim" adlı musiqi kompozisiyası hazırlanıb (4)

» "CATA-2010" Beynəlxalq Turizm Sərgisi (4)

» Məmməd Rahimin fotosənədləri aşkar edilib  (5)

Qafqaz İslam Ordusunun Bakı zəfəri

Azərbaycanın şanlı dövlətçilik tarixinə qızıl hərflərlə yazılan günlərdən biri də 1918-ci ildə Qafqaz İslam Ordusu tərəfindən Bakının bolşevik-daşnak işğalından azad olunmasıdır. Bu hadisələrin canlı şahidləri az olsa da, tarixi sənədlərdə Bakı qırğınları, azərbaycanlıların soyqırımı haqda geniş məlumatlar, danılmaz faktlar var.  

Gənc istedadın sənət naxışı

Çağdaş dövrünü yaşayan Azərbaycan muğam sənəti müasir dövrümüzdə tarixi ənənə üzərində inkişafdadır. Bu sənətin mahir ifaçıları milli muğamın dəyərlərini yaşatmaqla xalqın keçmişini müasir həyatla üzvü olaraq birləşdirirlər. 

Vaşinqtonda İsrail və Fələstin arasında danışıqlar başlandı

"Frans Press" informasiya agentliyinin ABŞ-ın Dövlət Departamentinə əsaslanaraq, yaydığı məlumata görə, İsrailin baş naziri Binyamin Netaniyaqu və Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas Vaşinqtonda vasitəçilərsiz və tərcüməçilərin iştirakı olmadan danışıqlara başlamışlar.  
© 2002-2009, “Səs” qəzeti, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Ünvan: Ü. Hacıbəyov küçəsi, 32; Bakı, Azərbaycan
Tel.: (+994 12) 598-33-90  ;  Faks: (+994 12) 493-11-62  ;  Email: ses@sia.az

Baş redaktor: Bəhruz QULİYEV         Təsisçi: Əlincə Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı

"Səs" qəzeti "AzərTac", "AZADINFORUM", və "APA" agentliklərinin
informasiyalarından istifadə edir. Dərc olunan reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.


 
266
2144
190586