Xəbər

Bu gündən magistraturaların boş qalan plan yerlərinə qəbul aparılacaq

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul aparır. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, 2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul mayın 2-də və iyunun 20-də keçirilmiş ikimərhələli qəbul imtahanında toplanılmış ballar əsasında müsabiqə yolu ilə həyata keçirilir.
Ali təhsil müəssisəsinin magistraturasına qəbul olmuş bakalavrın boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək hüququ yoxdur.
Bakalavrlar boş qalan yerlərə keçirilən müsabiqədə iştirak etmək üçün 29 iyul saat 9.00-dan 5 avqust saat 09.00-dək TQDK-nın müvafiq internet səhifəsinə daxil olub, seçdiyi ixtisaslaşmaların kodlarını "Bakalavrın elektron ərizəsi"ndə qeyd edib təstiqləyirlər. Ərizəni təsdiq etmək üçün bakalavrlar TQDK-nın yeni ödəmə kartını almalıdırlar. Boş qalan plan yerləri olan ixtisaslaşmaların siyahısı "Magistr" xüsusi buraxılışının 6-cı sayında dərc edilib. Hər bir bakalavr bu siyahıdan 20-dək ixtisaslaşma kodunu seçə bilər. Bakalavrlara bitirdikləri bakalavr ixtisasından asılı olmayaraq imtahan verdiyi proqrama aid olan bütün ixtisaslaşmaların kodunu seçmək imkanı verilir. 45, 50, 51, 52, 53, 54, 61, 62 və 64 saylı proqramlar üzrə imtahan vermiş bakalavrlar isə imtahan verdikləri proqrama aid və yalnız bitirdikləri bakalavr ixtisasına müvafiq ixtisaslaşmaların kodlarını seçməlidirlər.
Bakalavr ixtisaslaşma kodlarının sayını və ardıcıllığını istədiyi kimi seçib ərizəsində göstərir. Seçilmiş ixtisaslaşmaların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və bakalavr topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisaslaşmaların birincisinə yerləşdirilir. Dövlət hesabına magistraturada təhsil almış magistrlər dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, qüvvədə olan qanunvericilikdə və dövlətlərarası razılaşmalarda digər hallar nəzərdə tutulmayıbsa, dövlət sifarişi ilə qəbul aparılan yerləri seçə bilməzlər.
Müsabiqədə iştirak etmək üçün bakalavrın ikimərhələli imtahanda topladığı ümumi bal (balların cəmi) 75-dən, ixtisas üzrə testdən (essedən, tərcümədən, suallara yazılı cavabdan) topladığı bal 20-dən az olmamalıdır. Tədrisi ingilis dilində olan ixtisaslaşmaları seçmək üçün isə, bunlarla yanaşı, bakalavrın ingilis dili üzrə testdən topladığı bal 20-dən az olmamalıdır. Dövlət sifarişi ilə qəbul aparılan yerlər üzrə müsabiqəyə iki mərhələ üzrə qəbul imtahanlarından topladığı ümumi bal (balların cəmi) 100-dən (bəzi proqramlar üzrə- 80-dən), o cümlədən ixtisas üzrə testdən (essedən, tərcümədən, suallar üzrə yazılı cavabdan) topladığı bal 20-dən az olmayan bakalavrlar buraxılırlar. Müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox bakalavrı fərqləndirmək üçün aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilər nəzərə alınır:
- ixtisas üzrə testdən (essedən, tərcümədən, suallara yazılı cavabdan) toplanılan bal;
- bakalavriat səviyyəsi üzrə orta qiymət balı;
- ümumi intellekt səviyyəsini (məntiqi təfəkkürü) yoxlayan testdən toplanılan bal;
- xarici dil üzrə testdən toplanılan bal.
Qeyd edək ki, ali təhsil müəssisələrinin magistraturalarına qəbulun nəticələri ilə əlaqədar müraciətlərə TQDK-da yaradılmış apelyasiya komisiyası tərəfindən bu gündən iyulun 30-dək baxılacaq.


Müəllif:


Çap et   Geri   Yuxarı


Xəbər lenti

» Azərbaycanla Rusiya bütün sahələrdə əməkdaşlığı uğurla davam etdirirlər (4)

» Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyevanın və Rusiya Prezidentinin xanımı svetlana medvedevanın görüşü olub  (4)

» Azərbaycanla Rusiyanı tarixi əlaqələr birləşdirir (9)

» Rusiya-Azərbaycan münasibətlərində yeni mərhələ açılır (9)

» Yeni Azərbaycan Partiyası seçkiyə tam hazırdır (4)

» YAP-ın nümayəndə heyəti cəbhə bölgəsinə səfər edib (6)

» “Yüksək seçki fəallı qələbəmizi şərtləndirəcək" (9)

» Yeni Azərbaycan Partiyası seçki kampaniyasına tam hazırdır (5)

» Türkiyədə erməni lobbisinə qarşı əks-kampaniya başladı (8)

» Həmsədrlər BMT-də yeni qətnamə layihəsinin müzakirəsi zamanı hansı mövqedən çıxış edəcəklər? (7)

» Yeni Azərbaycan Partiyasının Siyəzən rayon təşkilatında görüş keçrildi (8)

» ARDNŞ cari ilin yanvar-avqust ayları ərzində 112 min 316 ton avtomobil benzini ixrac edib (5)

» ARDNŞ avqust ayında Novorossiysk limanından 214 min 274 ton xam neft ixrac edib (4)

» Pensiya və minimum əməkhaqqının artırılması əhalinin sosial müdafiəsini gücləndirir (4)

» Ermənilər və gürcülər Kürü çirkləndirirlər (5)

» Qafqaz İslam Ordusunun Bakı zəfəri  (9)

» Gənc istedadın sənət naxışı (4)

» "Şəhidim" adlı musiqi kompozisiyası hazırlanıb (4)

» "CATA-2010" Beynəlxalq Turizm Sərgisi (4)

» Məmməd Rahimin fotosənədləri aşkar edilib  (5)

Qafqaz İslam Ordusunun Bakı zəfəri

Azərbaycanın şanlı dövlətçilik tarixinə qızıl hərflərlə yazılan günlərdən biri də 1918-ci ildə Qafqaz İslam Ordusu tərəfindən Bakının bolşevik-daşnak işğalından azad olunmasıdır. Bu hadisələrin canlı şahidləri az olsa da, tarixi sənədlərdə Bakı qırğınları, azərbaycanlıların soyqırımı haqda geniş məlumatlar, danılmaz faktlar var.  

Gənc istedadın sənət naxışı

Çağdaş dövrünü yaşayan Azərbaycan muğam sənəti müasir dövrümüzdə tarixi ənənə üzərində inkişafdadır. Bu sənətin mahir ifaçıları milli muğamın dəyərlərini yaşatmaqla xalqın keçmişini müasir həyatla üzvü olaraq birləşdirirlər. 

Vaşinqtonda İsrail və Fələstin arasında danışıqlar başlandı

"Frans Press" informasiya agentliyinin ABŞ-ın Dövlət Departamentinə əsaslanaraq, yaydığı məlumata görə, İsrailin baş naziri Binyamin Netaniyaqu və Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas Vaşinqtonda vasitəçilərsiz və tərcüməçilərin iştirakı olmadan danışıqlara başlamışlar.  
© 2002-2009, “Səs” qəzeti, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Ünvan: Ü. Hacıbəyov küçəsi, 32; Bakı, Azərbaycan
Tel.: (+994 12) 598-33-90  ;  Faks: (+994 12) 493-11-62  ;  Email: ses@sia.az

Baş redaktor: Bəhruz QULİYEV         Təsisçi: Əlincə Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı

"Səs" qəzeti "AzərTac", "AZADINFORUM", və "APA" agentliklərinin
informasiyalarından istifadə edir. Dərc olunan reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.


 
264
2142
190584