Müxalifət

Müsavatda yenidən ara qarışıb

Seçkiərəfəsi partiya funksionerləri "Yeni Müsavat"a köç edir

Müsavat başqanının keçmiş müavini Rauf Arifoğlunun partiyanın qərargahını tərk etməsi və bunun ardınca müsavatçıları öz yeni ofisinə dəvət etməsi təşkilat daxilində gərgin durum yaradıb.
Bu məsələ təkcə Müsavatda yox, bütün radikal kəsimdə birmənalı qarşılanmayıb. Xüsusilə, R.Arifoğlunun millət vəkilləri ilə bu günlərdə yeni ofisində toplantı keçirməsi başqan tərəfdarlarını özündən çıxarıb. Bundan əsəbləşən Müsavatın mərkəzi icra aparatının rəhbəri Arif Hacıyev "Yeni Müsavat"ın baş redaktoruna qarşı kəskin ittiham və eyhamlarla çıxış edib. Sözsüz ki, o, bunu İsa Qəmbərovun icazəsi olmadan edə bilməzdi. A.Hacıyevin açıqladığı fikirlər, əməlli-başlı yeni qalmaqalla səbəb olub. Ən təəccüblüsü isə odur ki, Müsavat "Yurd" şefi ilə birləşməkdən danışır, A.Hacıyev isə R.Arifoğlunu Əli Kərimovun dostu kimi təqdim edir. Bu isə onu göstərir ki, bu "birlik" o qədər də yaxşı nəticələrlə qurtarmayacaq.
 Bir də ki, nə əcəb İ.Qəmbərov heç birlik yaratmamış "Yurd" şefini qarışdırır R.Arifoğluya. Bu, nəsə bir o qədər  ağlabatan söhbət deyil axı. Amma bir məsələ də var ki, bu düyünə düşmüş düşərgədə  "kimin kimin əlində, kimin də cibində olması"ndan  heç fələk də baş çıxara bilmir. Sözsüz ki, A.Hacıyev birbaşa başqanın göstərişi ilə bu açıqlamanı verib və əsas məqsədi də seçkiərəfəsi düşərgədəki qüvvələrin diqqətini Müsavatdan yayındırıb, AXCP (i) ilə qarşıdurmaya yönəltməkdir. Onsuz da yenidən gündəmə düşmək üçün dəridən-qabıqdan çıxan Müsavat başqanı "Yurd" şefinə "əl uzatmaqla" növbəti şousunu həyata keçirmək istəyindədir. Digər ən böyük məqsəd qarşıdakı parlament seçkilərində müxalifətin ümumi problemlərini Ə.Kərimovun üstünə "yükləmək", radikal düşərgədəki əməkdaşlıq məsələsində AXCP (i) sədrinin ziyanlı mövqe tutmasını gündəmə gətirməkdir.
Siyasi politoloqların fikrincə, Müsavat millət vəkillərinin R.Arifoğlu ilə yaxınlığı Müsavatın tamamilə parçalanmasına gətirəcək. ASDP-nin həmsədri, politoloq Zərdüşt Əlizadənin sözlərinə görə, Müsavat başqanın yanındakı müsavatçılar artıq ondan o dərəcədə beziblər ki, özlərinə yeni künc axtarırlar. Müsavatdaxili toqquşmalardan hər vəchlə çəkinməyə çalışan Müsavat başqanı, bütün diqqəti düşərgədaxili konfliktlərə yönəltmək və ardıcıl şəkildə müxalifətin hazırkı bəlalarının məsuliyyətini özünü "ana müxalifət" kimi ortaya atmaq istəyən Ə.Kərimovun üzərinə yıxmağa çalışır. Ə.Kərimovla "birləşmək" isə bir görüntüdür. Belə olmasaydı, A.Hacıyevin dili ilə "Yurd" şefini "vurmağa" göstəriş verməzdi. Müsavat başqanının "Yurd" rəhbərliyinin irəli sürdüyü şərtinə bu günə kimi cavab ala bilmədiyi üçün belə bir "priyoma" əl atması da təəccüblü deyil. Ona görə də, AXCP (i) rəhbərliyini qərəzli mövqe tutmaqda suçlayır. O deyir ki, Ə.Kərimov onlarla müttəfiqlik məsələsində elə şərtlər irəli sürüb ki, bunlar, sadəcə, yolverilməzdir.


Müəllif: RƏFİQƏ KAMALQIZI


Çap et   Geri   Yuxarı


Xəbər lenti

» Azərbaycanla Rusiya bütün sahələrdə əməkdaşlığı uğurla davam etdirirlər (4)

» Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyevanın və Rusiya Prezidentinin xanımı svetlana medvedevanın görüşü olub  (5)

» Azərbaycanla Rusiyanı tarixi əlaqələr birləşdirir (9)

» Rusiya-Azərbaycan münasibətlərində yeni mərhələ açılır (9)

» Yeni Azərbaycan Partiyası seçkiyə tam hazırdır (4)

» YAP-ın nümayəndə heyəti cəbhə bölgəsinə səfər edib (6)

» “Yüksək seçki fəallı qələbəmizi şərtləndirəcək" (9)

» Yeni Azərbaycan Partiyası seçki kampaniyasına tam hazırdır (5)

» Türkiyədə erməni lobbisinə qarşı əks-kampaniya başladı (8)

» Həmsədrlər BMT-də yeni qətnamə layihəsinin müzakirəsi zamanı hansı mövqedən çıxış edəcəklər? (7)

» Yeni Azərbaycan Partiyasının Siyəzən rayon təşkilatında görüş keçrildi (8)

» ARDNŞ cari ilin yanvar-avqust ayları ərzində 112 min 316 ton avtomobil benzini ixrac edib (5)

» ARDNŞ avqust ayında Novorossiysk limanından 214 min 274 ton xam neft ixrac edib (4)

» Pensiya və minimum əməkhaqqının artırılması əhalinin sosial müdafiəsini gücləndirir (4)

» Ermənilər və gürcülər Kürü çirkləndirirlər (5)

» Qafqaz İslam Ordusunun Bakı zəfəri  (9)

» Gənc istedadın sənət naxışı (4)

» "Şəhidim" adlı musiqi kompozisiyası hazırlanıb (4)

» "CATA-2010" Beynəlxalq Turizm Sərgisi (4)

» Məmməd Rahimin fotosənədləri aşkar edilib  (5)

Qafqaz İslam Ordusunun Bakı zəfəri

Azərbaycanın şanlı dövlətçilik tarixinə qızıl hərflərlə yazılan günlərdən biri də 1918-ci ildə Qafqaz İslam Ordusu tərəfindən Bakının bolşevik-daşnak işğalından azad olunmasıdır. Bu hadisələrin canlı şahidləri az olsa da, tarixi sənədlərdə Bakı qırğınları, azərbaycanlıların soyqırımı haqda geniş məlumatlar, danılmaz faktlar var.  

Gənc istedadın sənət naxışı

Çağdaş dövrünü yaşayan Azərbaycan muğam sənəti müasir dövrümüzdə tarixi ənənə üzərində inkişafdadır. Bu sənətin mahir ifaçıları milli muğamın dəyərlərini yaşatmaqla xalqın keçmişini müasir həyatla üzvü olaraq birləşdirirlər. 

Vaşinqtonda İsrail və Fələstin arasında danışıqlar başlandı

"Frans Press" informasiya agentliyinin ABŞ-ın Dövlət Departamentinə əsaslanaraq, yaydığı məlumata görə, İsrailin baş naziri Binyamin Netaniyaqu və Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas Vaşinqtonda vasitəçilərsiz və tərcüməçilərin iştirakı olmadan danışıqlara başlamışlar.  
© 2002-2009, “Səs” qəzeti, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Ünvan: Ü. Hacıbəyov küçəsi, 32; Bakı, Azərbaycan
Tel.: (+994 12) 598-33-90  ;  Faks: (+994 12) 493-11-62  ;  Email: ses@sia.az

Baş redaktor: Bəhruz QULİYEV         Təsisçi: Əlincə Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı

"Səs" qəzeti "AzərTac", "AZADINFORUM", və "APA" agentliklərinin
informasiyalarından istifadə edir. Dərc olunan reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.


 
271
2149
190591