Müxalifət

Müxalifət partiyaları seçkiyə qədər dağıla bilər

Düşərgədəki durum burada bir sıra ilginc qalmaqallara yol açıb

İctimai dəstəkdən birmənalı şəkildə məhrum olmuş radikal müxalifət gündə bir dona girməklə şəxsi ambisiyalarını gerçəkləşdirməyə çalışır. Nəzərə almaq lazımdır ki, bu gün ölkədə fəaliyyət göstərən istənilən bir ictimai-siyasi təşkilatın sosial bazası olmadan yaşaması qeyri-mümkündür. Məhz bu cür təşkilatlar yarandıqda, onların başlıca məramının ictimai-sosial münasibətlər sisteminə uyğun fəaliyyət göstərməsinə hesablanır. Amma çox təssüflər olsun ki, reallıqda özünü ictimai münasibətlər sisteminə sırımağa çalışan radikal meyilli insanların cəm olduğu üzdəniraq müxalifət artıq iflasın bir addımlığında ola-ola yenidən iyrənc birlik metodlarına əl atmaqdadır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, artıq bu cür illüziyalarla çıxış edən radikal müxalifət üçün son marşrut yetişib. Bunun üçün onların təkcə illərdən bəri yarıtmaz fəaliyyətini və xalqın gözünün içinə baxa-baxa yalan danışmalarını nümunə göstərmək olar. Elə müxalifətin ağır duruma düşməsində başlıca meyar da onun ictimai qınağa tuş gəlməsidir. Reallıqda bu amili qulaqardına vurmağa çalışan müxalifət üçün ictimai münasibətlər sistemində artıq heç bir qarış belə yer qalmayıb. Çürümüş və köhnəlmiş prinsiplərdən qurtula bilməyən radikal müxalifət Bu gün ətrafda baş verən proseslərdən az-çox baş çıxara bilən şəxs onu əhatə edən ictimai münasibətlərin səviyyəsini müəyyənləşdirməkdə çətinlik çəkmir. Elmin, texnikanın və mütərəqqi ideyaların ölkəmizdə bərqərar olması, demokratik dəyərlərin təzahür tapması bu prinsipləri şərtləndirən cəhətlər sırasındadır. Bu səbəbdən də, cəmiyyətin hər bir üzvü daima yeniliklər və tərəqqinin tərəfdarıdır. Təssüf ki, hər bir inkişaf etmiş ictimai münasibətlər sisteminin tərkibində yararsız qövmlər də mövcud olur. Bəzi hallarda bu reallığa qarşı təbii münasibət sərgilənsə də, bir çox məqamlarda onların təmizlənməsi prosesi həyata keçirilir. Təəccüblə demək olar ki, hələ də, müasir Azərbaycan cəmiyyətində radikal müxalifətin eybəcərliklərini və onların iyrənc əməllər müqabilində maraq güdmələrini seyr etmək mümkündür. Çox təəccüblü bir hal isə ondan ibarətdir ki, bu radikal qüvvələr arasında son 20 ildə özünütəmizləmə prosesi getməyib. Ona görə də, daim köhnəlmiş üsullarla çürük prinsiplərdən çıxış edən müxalifətin istənilən formada dəstək qazanması qeyri-mümkündür. Bütün bu sadalananlara nəzər saldıqda, gün kimi aydın olur ki, radikal müxalifətin reallıqda "qol-qanad" açması onun xarici təsirlərdən nə dərəcədə asılı vəziyyətdə olduğunu bir daha stimullaşdırmış olur. Çünki onların hər yerdən əli üzüldüyü üçün ancaq gözlərini xarici havadarlarının ciblərinə dikiblər. Bu cür fəaliyyət xəttinin isə nə zamana qədər davam edəcəyini cəmiyyətimiz çox gözəl bilir.


Müəllif: TAPDIQ


Çap et   Geri   Yuxarı


Xəbər lenti

» Azərbaycanla Rusiya bütün sahələrdə əməkdaşlığı uğurla davam etdirirlər (4)

» Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyevanın və Rusiya Prezidentinin xanımı svetlana medvedevanın görüşü olub  (5)

» Azərbaycanla Rusiyanı tarixi əlaqələr birləşdirir (9)

» Rusiya-Azərbaycan münasibətlərində yeni mərhələ açılır (9)

» Yeni Azərbaycan Partiyası seçkiyə tam hazırdır (4)

» YAP-ın nümayəndə heyəti cəbhə bölgəsinə səfər edib (6)

» “Yüksək seçki fəallı qələbəmizi şərtləndirəcək" (9)

» Yeni Azərbaycan Partiyası seçki kampaniyasına tam hazırdır (5)

» Türkiyədə erməni lobbisinə qarşı əks-kampaniya başladı (8)

» Həmsədrlər BMT-də yeni qətnamə layihəsinin müzakirəsi zamanı hansı mövqedən çıxış edəcəklər? (7)

» Yeni Azərbaycan Partiyasının Siyəzən rayon təşkilatında görüş keçrildi (8)

» ARDNŞ cari ilin yanvar-avqust ayları ərzində 112 min 316 ton avtomobil benzini ixrac edib (5)

» ARDNŞ avqust ayında Novorossiysk limanından 214 min 274 ton xam neft ixrac edib (4)

» Pensiya və minimum əməkhaqqının artırılması əhalinin sosial müdafiəsini gücləndirir (4)

» Ermənilər və gürcülər Kürü çirkləndirirlər (5)

» Qafqaz İslam Ordusunun Bakı zəfəri  (9)

» Gənc istedadın sənət naxışı (4)

» "Şəhidim" adlı musiqi kompozisiyası hazırlanıb (4)

» "CATA-2010" Beynəlxalq Turizm Sərgisi (4)

» Məmməd Rahimin fotosənədləri aşkar edilib  (5)

Qafqaz İslam Ordusunun Bakı zəfəri

Azərbaycanın şanlı dövlətçilik tarixinə qızıl hərflərlə yazılan günlərdən biri də 1918-ci ildə Qafqaz İslam Ordusu tərəfindən Bakının bolşevik-daşnak işğalından azad olunmasıdır. Bu hadisələrin canlı şahidləri az olsa da, tarixi sənədlərdə Bakı qırğınları, azərbaycanlıların soyqırımı haqda geniş məlumatlar, danılmaz faktlar var.  

Gənc istedadın sənət naxışı

Çağdaş dövrünü yaşayan Azərbaycan muğam sənəti müasir dövrümüzdə tarixi ənənə üzərində inkişafdadır. Bu sənətin mahir ifaçıları milli muğamın dəyərlərini yaşatmaqla xalqın keçmişini müasir həyatla üzvü olaraq birləşdirirlər. 

Vaşinqtonda İsrail və Fələstin arasında danışıqlar başlandı

"Frans Press" informasiya agentliyinin ABŞ-ın Dövlət Departamentinə əsaslanaraq, yaydığı məlumata görə, İsrailin baş naziri Binyamin Netaniyaqu və Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas Vaşinqtonda vasitəçilərsiz və tərcüməçilərin iştirakı olmadan danışıqlara başlamışlar.  
© 2002-2009, “Səs” qəzeti, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Ünvan: Ü. Hacıbəyov küçəsi, 32; Bakı, Azərbaycan
Tel.: (+994 12) 598-33-90  ;  Faks: (+994 12) 493-11-62  ;  Email: ses@sia.az

Baş redaktor: Bəhruz QULİYEV         Təsisçi: Əlincə Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı

"Səs" qəzeti "AzərTac", "AZADINFORUM", və "APA" agentliklərinin
informasiyalarından istifadə edir. Dərc olunan reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.


 
270
2148
190590