Müxalifət
Müxalifət riyakarlıq simvoluna çevrilir
Son vaxtlar bir çox radikal müxalifət partiya sədrləri və onlara nökərçilik edən mətbuat orqanları parlament seçkiləri ərəfəsi ölkədə özlərinin varlıqlarını nümayiş etdirmək məqsədilə növbəti şou yaratmaq istəyirlər. "Azadlıq" bloku dağıldıqdan sonra ictimaiyyətə qeyri-obyektiv fikirlərini sırımaqla özlərinin varlıqlarını nümayiş etdirməyə çalışırlar. Ancaq nəinki ictimaiyyət, eyni zamanda, müxalifət düşərgəsində fəaliyyət göstərən həmfikirləri də onların növbəti çirkin niyyətlərinə qarşı çıxaraq, sərt münasibət bildirmişlər.Politoloq Zərdüşt Əlizadə bugünkü müxalifəti qəbul etməyərək onların, həqiqətən də, tarixin arxivində çürüdüyünü bildirib. Onun fikirinə görə, müxalifətin nisbi çəkisi o qədər kiçilib ki, artıq bu qurum dekorativ mahiyyət daşımağa başlayıb: "Ölkədə guya müxalifətin varlığı statusu ifadə edilməyə başlayıb ki, yəni Azərbaycanın da müxalifəti var. Bizim müxalifət görüntü yaratmaq üçün lazımdır. Bugünkü müxalifət tamamilə dekorativləşib. Onların nə hörməti, nə qüvvəsi, nə maliyyə imkanları, nə də intellektual resursları bu rolu oynamağa bəs edir. Tükəniblər, siyasi səhnədən çəkilməlidirlər."
İstər dünənki, istərsə də bugünkü müxalifət üçün dövlət və cəmiyyətin problemlərinin maraqlı olmadığını deyən Z.Əlizadə onların başlıca məqsədlərinin vəzifə postlarını yenidən ələ keçirmək və daha çox kapital toplamaqdır. Xüsusilə, ölkədə keçirilən seçkilər yaxınlaşdıqca, özlərini müxalifət adlandıran və layiq olmadıqları iddiasına düşənlərin nə öz qanuni hüquqlarını tələb etməyə heyi qalıb, nə mübarizə aparmağa gücləri var, nə də öz içindən ortalığa savadlı, bacarıqlı bir şəxsiyyət qoymaq imkanları var. O namizədlər ki, ortalıqda atılıb-düşürlər və deyirlər ki, biz ölkədə "lider" olacağıq, məsələn, İqbal Ağazadə kimiləri. Lalə Hacıyeva, İsa Qəmbərov, Etibar Məmmədov, Əli Kərimov, Rəsul Quliyev və s. çıxdaş edilmiş adamlardır. Onlar çalışırlar ki, ortalıqda müxalifəti təmsil etməklə özlərinə çörək pulu qazansınlar.
ASDP həmsədri müxalifət düşərgəsində baş verən son proseslərə də münasibət bildirdi: "VİP" sədri Əli Əliyevin "Azadlıq" blokuna alternativ blokun yaradılmasının təxirə salınmasını deməklə, radikal düşərgəni öz oyuncağına çevirmək üçün bu addımı atırlar. Bu proses onu göstərir ki, müxalifətin fəaliyyəti artıq ölü nöqtədən də o tərəfdədir. Bu isə, onu göstərir ki, Əli Əliyevin fikirləri müxalifətin parlament seçkiləri ərəfəsində bu vaxta qədər düşmədiyi situasiya ilə üz-üzə qalıbdır. Çünki siyasətdə daimi dostlar yoxdur, daimi maraqlar var. Düşərgədə yaranmış vəziyyət onu göstərir ki, müxalifət parlament seçkiləri ərəfəsində sərt bir zərbə altında olduğunu bilir və yaxşı başa düşə bilir ki, heç vaxt ayağa dura bilməyəcəkdir. Artıq müxalifətin parlament seçkilərində nəyəsə nail olmaq ümidi puça çıxır. Onların bir daha ictimai rəyi çaşdırmaq üçün heç bir faktları qalmayıb. Bir də, nə deyəcəklər? Hər şey göz qabağındadır".
Müəllif: RƏFİQƏ KAMALQIZI



Azərbaycanın şanlı dövlətçilik tarixinə qızıl hərflərlə yazılan günlərdən biri də 1918-ci ildə Qafqaz İslam Ordusu tərəfindən Bakının bolşevik-daşnak işğalından azad olunmasıdır. Bu hadisələrin canlı şahidləri az olsa da, tarixi sənədlərdə Bakı qırğınları, azərbaycanlıların soyqırımı haqda geniş məlumatlar, danılmaz faktlar var.
Çağdaş dövrünü yaşayan Azərbaycan muğam sənəti müasir dövrümüzdə tarixi ənənə üzərində inkişafdadır. Bu sənətin mahir ifaçıları milli muğamın dəyərlərini yaşatmaqla xalqın keçmişini müasir həyatla üzvü olaraq birləşdirirlər.
"Frans Press" informasiya agentliyinin ABŞ-ın Dövlət Departamentinə əsaslanaraq, yaydığı məlumata görə, İsrailin baş naziri Binyamin Netaniyaqu və Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas Vaşinqtonda vasitəçilərsiz və tərcüməçilərin iştirakı olmadan danışıqlara başlamışlar.