Müxalifət

Elçibəylə bir araya gələ bilməyən İsa Qəmbərov Əli Kərimova əl uzadır

Bununla da Müsavat başqanı məsləkinə və əqidəsinə xəyanət edənlərdən olduğunu nümayiş etdirir

Bir qrup insanın birləşərək qarşıya qoyulan məqsəd uğrunda mübarizə aparmasının müsbət nəticələr verməsi təbii haldır. Lazımdır ki, birliyi yaradanlar ideyalarında, məsləklərində səmimi olsunlar. Əgər ideya müəllifləri şəxsi ambisiyalarından çıxış edərək sapmalara yol versələr, bu birliyin qısa müddətdə dağılması şübhəsizdir. Bunu siyasi düşərgədə tez-tez yaradılan ancaq bir neçə gündən sonra dağılan müxalif birliklərin timsalında da aydın görmək olar.
“SİDSUH”, “DUH”, “DUB”, “Bizim Azərbaycan”, “Azadlıq” və bu kimi müxalif qurum liderlərinin şəxsi iddialarının irəli sürülən ideya maraqlarını üstələməsi səbəbindən tarixin arxivinə atılmasını misal olaraq göstərmək də mümkündür.  Bu üzdəniraq məxluqlar səhvlərindən nəticə çıxarmadan yeni bloklar yaratmaq iddialarını davam etdirirlər. Payızda keçiriləcək parlament seçkiləri ilə əlaqədar olaraq müxalif yarıtmazları yeni birlik ideyaları ilə çıxış etməkdədirlər. Amma bir fərq var ki, bu birliklər bloklar və qurumlar formatında deyil, bir neçə partiyanı bir çətir altında birləşdirmək ideyasına əsaslanır. Təklif isə yenə də müxalifətin texnoloqu hesab olunan Müsavat başqanı İsa Qəmbərov və AXCP (i) sədri Əli Kərimov tərəfindən irəli sürülüb. Bu simasızlar "DUİ"-də və keçmiş “Azadlıq” blokunda təmsil olunan partiyaları yaxın günlərdə birləşməsi nəzərdə tutulan Müsavat və AXCP (i)-nin ətrafında görmək istədiklərini bildiriblər. Düzdür, müxalifətin üz qarası hesab olunan AXP-nin keçmiş sədri Pənah Hüseynov dəfələrlə 50-yə yaxın müxalifət partiyasının siyasi düşərgədə mövcudluğunun lazımsız olduğunu bəyan edərək, bu partiyaların 2-3 təşkilat ətrafında birləşməsinin vacibliyini söyləmişdir. Lakin siyasi düşərgədə P.Hüseynov qeyri-ciddi şəxs hesab olunduğundan, onun irəli sürdüyü ideya ironiya ilə qarşılanmışdır. Buna baxmayaraq, bu günə qədər P.Hüseynov ideyasını, iştirakçısı olduğunu bütün tədbirlərdə, toplantılarda səsləndirməkdədir. AXCP (i)  Müsavat birliyinin yaradılması istiqamətində göstərilən səylər P.Hüseynovun beyin məhsulu olmasa da, hər halda, onun az da olsa rolunun olduğunu söyləmək olar. Çünki P.Hüseynov İ.Qəmbərovun ən yaxın işverəni hesab olunur. Kiminlə əməkdaşlıq edib, kiminlə düşmən olmaq məsələlərində P.Hüseynov və İ.Qəmbərov məsləhətləşməklə ortaq mövqe nümayiş etdirirlər. Amma maraq doğuran və diqqətə səbəb olan bir məsələni qeyd etmək yerinə düşərdi. O da, vaxtilə AXCP sədri Əbülfəz Elçibəylə Müsavat başqanı İ.Qəmbərovun bir araya gəlmək istəyi məsələsində ciddi ixtilafların yaranmasıdır. Yəni 2000-ci il parlament seçkiləri ərəfəsi AXCP sədri Ə.Elçibəy İ.Qəmbərovdan partiyaların birləşdirilməsi və seçkilərə vahid seçki siyahısı ilə qatılmaq təklifinə rədd cavabı almasıdır. O zaman İ.Qəmbərov Ə.Elçibəyi lider kimi qəbul etmək niyyətində olmadığını nümayiş etdirməklə, AXC-Müsavat hakimiyyətində təsadüfən təmsil olunduğunu sərgiləmişdir. Müsavat başqanı sonrakı mərhələdə Ə.Elçibəylə yollarının birləşməsinin bundan sonra qeyri-mümkün olduğunu da bildirmişdir. Bununla da, İ.Qəmbərov onun üçün dostluq-qardaşlığın, siyasi məfkurənin ayaqlar altında olduğunu nümayiş etdirmişdir. Üstündən 10 il keçdikdən sonra isə İ.Qəmbərov Ə.Elçibəyin quyu qazanı hesab edilmiş Ə.Kərimovla bir araya gəlməyə səylər göstərir. Hətta Müsavat başqanı AXCP (i) sədri ilə restoranlarda görüşərək, partiyaların birləşdirilməsi və seçkilərə birgə qatılmaq barədə müzakirələr aparır. Məlumatlara görə, hazırkı mərhələdə bu birləşmə Ə.Kərimova nə qədər  lazımdırsa, İ.Qəmbərov üçün də bir o qədər vacibdir. Çünki Ə.Kərimovun ətrafında olanlar tamamilə ondan uzaqlaşıblar. Partiyanın isə hələ də qərargahı yoxdur. Bu ilin sentyabrında  İ.Qəmbərovun başqanlığa olan səlahiyyət müddəti başa çatır. Ona görə də, hər iki tərəfi eyni siyasi maraqlar bir araya gətirməyə məcbur edib. Yəni Ə.Kərimov özünün siyasi mövqeyini bir qədər möhkəmlətməklə Müsavat timsalında yerləşmək üçün qərargah əldə edəcək. İ.Qəmbərov isə Ə.Kərimovdan dəstək almaqla sentyabrdan sonra birləşmiş partiyanın lideri statusunda fəaliyyətini davam etdirəcək. Yəqin ki, Ə.Kərimov Müsavatın başqanı rolunda çıxış etmək məcburiyyətində qalacaq. Ancaq bir məsələ də mövcuddur ki, istər AXCP (i)-də, istərsə də Müsavatda Ə.Kərimovu, eləcə də, İ.Qəmbərovu toyuq hinində belə görmək istəməyən funksionerlər mövcuddur. Məhz buna görə də, bu birləşmənin ağrısız baş tutacağı inandırıcı deyil. Ən azı Ə.Kərimovla eyni sırada olmaq istəməyən Müsavatın Sülhəddin Əkbər, Arif Hacıyev, Vurğun Əyyubov, İltizam Əkbərli və digər yetkililəri partiyanın qurucuları kimi, özlərinə yeni təşkilat formalaşdırmağa çalışacaqlar. Bu isə onların Ə.Kərimovla birgə şoran düzdə, quru yurdda qalmaları demək olacaq. Hər halda, gedən proseslər və aparılan araşdırmalar da bunu deməyə əsas verir.


Müəllif: İ.ƏLİYEV


Çap et   Geri   Yuxarı


Xəbər lenti

» Azərbaycanla Rusiya bütün sahələrdə əməkdaşlığı uğurla davam etdirirlər (4)

» Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyevanın və Rusiya Prezidentinin xanımı svetlana medvedevanın görüşü olub  (5)

» Azərbaycanla Rusiyanı tarixi əlaqələr birləşdirir (9)

» Rusiya-Azərbaycan münasibətlərində yeni mərhələ açılır (9)

» Yeni Azərbaycan Partiyası seçkiyə tam hazırdır (4)

» YAP-ın nümayəndə heyəti cəbhə bölgəsinə səfər edib (6)

» “Yüksək seçki fəallı qələbəmizi şərtləndirəcək" (9)

» Yeni Azərbaycan Partiyası seçki kampaniyasına tam hazırdır (5)

» Türkiyədə erməni lobbisinə qarşı əks-kampaniya başladı (8)

» Həmsədrlər BMT-də yeni qətnamə layihəsinin müzakirəsi zamanı hansı mövqedən çıxış edəcəklər? (7)

» Yeni Azərbaycan Partiyasının Siyəzən rayon təşkilatında görüş keçrildi (8)

» ARDNŞ cari ilin yanvar-avqust ayları ərzində 112 min 316 ton avtomobil benzini ixrac edib (5)

» ARDNŞ avqust ayında Novorossiysk limanından 214 min 274 ton xam neft ixrac edib (4)

» Pensiya və minimum əməkhaqqının artırılması əhalinin sosial müdafiəsini gücləndirir (4)

» Ermənilər və gürcülər Kürü çirkləndirirlər (5)

» Qafqaz İslam Ordusunun Bakı zəfəri  (9)

» Gənc istedadın sənət naxışı (4)

» "Şəhidim" adlı musiqi kompozisiyası hazırlanıb (4)

» "CATA-2010" Beynəlxalq Turizm Sərgisi (4)

» Məmməd Rahimin fotosənədləri aşkar edilib  (5)

Qafqaz İslam Ordusunun Bakı zəfəri

Azərbaycanın şanlı dövlətçilik tarixinə qızıl hərflərlə yazılan günlərdən biri də 1918-ci ildə Qafqaz İslam Ordusu tərəfindən Bakının bolşevik-daşnak işğalından azad olunmasıdır. Bu hadisələrin canlı şahidləri az olsa da, tarixi sənədlərdə Bakı qırğınları, azərbaycanlıların soyqırımı haqda geniş məlumatlar, danılmaz faktlar var.  

Gənc istedadın sənət naxışı

Çağdaş dövrünü yaşayan Azərbaycan muğam sənəti müasir dövrümüzdə tarixi ənənə üzərində inkişafdadır. Bu sənətin mahir ifaçıları milli muğamın dəyərlərini yaşatmaqla xalqın keçmişini müasir həyatla üzvü olaraq birləşdirirlər. 

Vaşinqtonda İsrail və Fələstin arasında danışıqlar başlandı

"Frans Press" informasiya agentliyinin ABŞ-ın Dövlət Departamentinə əsaslanaraq, yaydığı məlumata görə, İsrailin baş naziri Binyamin Netaniyaqu və Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas Vaşinqtonda vasitəçilərsiz və tərcüməçilərin iştirakı olmadan danışıqlara başlamışlar.  
© 2002-2009, “Səs” qəzeti, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Ünvan: Ü. Hacıbəyov küçəsi, 32; Bakı, Azərbaycan
Tel.: (+994 12) 598-33-90  ;  Faks: (+994 12) 493-11-62  ;  Email: ses@sia.az

Baş redaktor: Bəhruz QULİYEV         Təsisçi: Əlincə Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı

"Səs" qəzeti "AzərTac", "AZADINFORUM", və "APA" agentliklərinin
informasiyalarından istifadə edir. Dərc olunan reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.


 
271
2149
190591