Köşə

Arif Hacıyev Əli Kərimovu nokauta salıb

Əli Kərimov:

Məni Müsavata İsa çağırdı,
Onda Arif mənə gendən baxırdı,
Sonda ağız açıb yaman bağırdı,
Lider İsa bəydi dedi, kənar dur,
Bu zaman əlini sinənə az vur,
Lider tək səsini həm eyləmə gur.

Arif Hacıyev:

Müsavatda sənə yox birinci yer,
Burda ikincisən, İsa sənə ser,
Mən dedim İsadı burada lider,
Sən onun  önündə baş əy, az qudur.

Əli Kərimov:

Məni söydün, səni danladı İsa,
Tupoy qaldın, bir az anladı İsa,
Parisdə erməni yanladı İsa,
Erməni əlindən alıb içdin cur.

Arif Hacıyev:

Burada gurlama Həkəri kimi,
Maşınımın arxa təkəri kimi,
Çağırıbdı səni nökəri kimi,
İsa qur adamı, sənsə vur, uçur.

Əli Kərimov:

Müsavat gen göldə bir ada qaldı,
İsa nə düzəltdi o, yada qaldı,
İsanın qurması arxada qaldı,
Qura bilirsənsə, sən özün keç qur.

Arif Hacıyev:

İsa bəy yanında qocaman bir dağ,
Bizimlə bağlamaz səni qızıl bağ,
Sən özün Lalədən ayrıldın nahaq,
Burda basacaqdır əzanı qotur.
Əli Kərimov:

Bunun danışmağa hələ var üzü,
Bir vaxt döşənərdi qarşımda özü,
İsanın böyründə duraram, düzü,
Sənsə məndən xeyli aşağı otur.

Arif Hacıyev:

Vaxtilə özünü yaman danladı,
İsanın önündə torpaq yaladı,
Nahaq Etibara quyruq buladı,
İndi bu özünü nə üstün tutur?

Əli Kərimov:

Yenə bir yada sal, mən o Əli ki,
Rüsvay eyləmədim səni, dəli ki,
Sənin tək Ariflər sevinməli ki,
Mənimlə birlikdə bol hava udur.

Arif Hacıyev:

Yerini bil, bir kənd aşığısan sən,
İsanın adi əl vaşaqısan sən,
Bizlərin yanında aşağısan sən,
Sənin kimisinə cavabım budur.

Əli Kərimov:

Sənə dəstək verən dostları atdın,
Özün də İsaya sığınıb yatdın,
İsa quyruğundan dördəlli tutdun,
Ələddini seçdi necə ki, Budur.
Arif Hacıyev:

Sən aqil, mən isə ağlı kəm, düzü,
Sən verdin cəbhəyə yüz sitəm, düzü,
Tutaq ki, mən qatırxislətəm, düzü,
Sənsə keçi kimi bir qotur-şatır.

Əli Kərimov:

Çox xoşuna gəlir kasa böyürü,
Tutmusan daimi masa böyürü,
Sənin yerin olsun İsa böyürü,
Mənim məskənimsə narıncı çadır.

Arif Hacıyev:

Həmişə çöhrəni boğubdu qəhər,
Dözürsən özün də buna birtəhər,
Cəbhədə daimi təamın zəhər,
İsaya boss verən qida bal dadır.

Əli Kərimov:

Mənim də mövqeyim bəlli, sirr deyil,
Bilirsən, İsa da mövla, pir deyil,
Pisliyin sifəti, sözsüz, bir deyil,
İsadı, görərsən, sənə də atır.

Arif Hacıyev:

Qorxutmaz Yasamal, Yalama məni,
Gəl indi çirkaba bulama məni,
Sənə çox demişdim dalama məni,
Sözlərim qəlbinə tikan tək batır.
Əli Kərimov:

İstər hıçqırıq at, istər çox gəyir,
Adam var, düz işi üsullu əyir,
Adam var, İsa tək zirvə istəyir,
Adam var, sənin tək həmkarı satır.

Arif Hacıyev:

Daim İsa olub quruma dayaq,
Xidmətdə durmuşuq, dayanıb oyaq,
Sənə keçi adı vermişəm bayaq,
Mən olum eşşəkdən uca bir qatır.

Əli Kərimov:

Dözürsən, İsadan gələndə xeyir,
Adam var, əlinə düşəni yeyir,
Qrant alan zaman mədhnamə deyir,
Pul qurtaran kimi uzağa qaçır.

Arif Hacıyev:

Adamam, əlbəttə, toylu-yaslıyam,
Özüm də başqandan ancaq aslıyam,
Tutaq ki, narıncı çirkli-paslıyam,
Sənin kimiləri lap "ətir" saçır.

Əli Kərimov:

Bədənin olmamış yara tənim tək,
Qərargahın yoxdu "Yurd" məskənim tək,
Sakit dayanıbdı çoxu mənim tək,
Bəzisi sənin tək qol-qanad açır.

Arif Hacıyev:

Şolların içməli suyu bəllidi,
Əlinlə qazdığın quyu bəllidi,
Bəzisi mənim tək soyu bəllidi,
Bəzisi sənin tək gönündən manşır.




Müəllif: MİRZƏ QƏRƏNFİL


Çap et   Geri   Yuxarı


Xəbər lenti

» Azərbaycanla Rusiya bütün sahələrdə əməkdaşlığı uğurla davam etdirirlər (4)

» Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyevanın və Rusiya Prezidentinin xanımı svetlana medvedevanın görüşü olub  (4)

» Azərbaycanla Rusiyanı tarixi əlaqələr birləşdirir (9)

» Rusiya-Azərbaycan münasibətlərində yeni mərhələ açılır (9)

» Yeni Azərbaycan Partiyası seçkiyə tam hazırdır (4)

» YAP-ın nümayəndə heyəti cəbhə bölgəsinə səfər edib (6)

» “Yüksək seçki fəallı qələbəmizi şərtləndirəcək" (9)

» Yeni Azərbaycan Partiyası seçki kampaniyasına tam hazırdır (5)

» Türkiyədə erməni lobbisinə qarşı əks-kampaniya başladı (8)

» Həmsədrlər BMT-də yeni qətnamə layihəsinin müzakirəsi zamanı hansı mövqedən çıxış edəcəklər? (7)

» Yeni Azərbaycan Partiyasının Siyəzən rayon təşkilatında görüş keçrildi (8)

» ARDNŞ cari ilin yanvar-avqust ayları ərzində 112 min 316 ton avtomobil benzini ixrac edib (5)

» ARDNŞ avqust ayında Novorossiysk limanından 214 min 274 ton xam neft ixrac edib (4)

» Pensiya və minimum əməkhaqqının artırılması əhalinin sosial müdafiəsini gücləndirir (4)

» Ermənilər və gürcülər Kürü çirkləndirirlər (5)

» Qafqaz İslam Ordusunun Bakı zəfəri  (9)

» Gənc istedadın sənət naxışı (4)

» "Şəhidim" adlı musiqi kompozisiyası hazırlanıb (4)

» "CATA-2010" Beynəlxalq Turizm Sərgisi (4)

» Məmməd Rahimin fotosənədləri aşkar edilib  (5)

Qafqaz İslam Ordusunun Bakı zəfəri

Azərbaycanın şanlı dövlətçilik tarixinə qızıl hərflərlə yazılan günlərdən biri də 1918-ci ildə Qafqaz İslam Ordusu tərəfindən Bakının bolşevik-daşnak işğalından azad olunmasıdır. Bu hadisələrin canlı şahidləri az olsa da, tarixi sənədlərdə Bakı qırğınları, azərbaycanlıların soyqırımı haqda geniş məlumatlar, danılmaz faktlar var.  

Gənc istedadın sənət naxışı

Çağdaş dövrünü yaşayan Azərbaycan muğam sənəti müasir dövrümüzdə tarixi ənənə üzərində inkişafdadır. Bu sənətin mahir ifaçıları milli muğamın dəyərlərini yaşatmaqla xalqın keçmişini müasir həyatla üzvü olaraq birləşdirirlər. 

Vaşinqtonda İsrail və Fələstin arasında danışıqlar başlandı

"Frans Press" informasiya agentliyinin ABŞ-ın Dövlət Departamentinə əsaslanaraq, yaydığı məlumata görə, İsrailin baş naziri Binyamin Netaniyaqu və Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas Vaşinqtonda vasitəçilərsiz və tərcüməçilərin iştirakı olmadan danışıqlara başlamışlar.  
© 2002-2009, “Səs” qəzeti, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Ünvan: Ü. Hacıbəyov küçəsi, 32; Bakı, Azərbaycan
Tel.: (+994 12) 598-33-90  ;  Faks: (+994 12) 493-11-62  ;  Email: ses@sia.az

Baş redaktor: Bəhruz QULİYEV         Təsisçi: Əlincə Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı

"Səs" qəzeti "AzərTac", "AZADINFORUM", və "APA" agentliklərinin
informasiyalarından istifadə edir. Dərc olunan reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.


 
266
2144
190586