Gündəm
İrina Bokova Azərbaycana səfərə gəlib
Dünən YUNESKO-nun baş direktoru xanım İrina Bokova Azərbaycana səfərə gəlib. Heydər Əliyev Beynəlxalq Aeroportunda hörmətli qonağı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və digər rəsmi şəxslər qarşıladılar. Milli geyimli uşaqlar YUNESKO-nun baş direktoruna gül dəstəsi təqdim etdilər.Müəllif:



Azərbaycanın şanlı dövlətçilik tarixinə qızıl hərflərlə yazılan günlərdən biri də 1918-ci ildə Qafqaz İslam Ordusu tərəfindən Bakının bolşevik-daşnak işğalından azad olunmasıdır. Bu hadisələrin canlı şahidləri az olsa da, tarixi sənədlərdə Bakı qırğınları, azərbaycanlıların soyqırımı haqda geniş məlumatlar, danılmaz faktlar var.
Çağdaş dövrünü yaşayan Azərbaycan muğam sənəti müasir dövrümüzdə tarixi ənənə üzərində inkişafdadır. Bu sənətin mahir ifaçıları milli muğamın dəyərlərini yaşatmaqla xalqın keçmişini müasir həyatla üzvü olaraq birləşdirirlər.
"Frans Press" informasiya agentliyinin ABŞ-ın Dövlət Departamentinə əsaslanaraq, yaydığı məlumata görə, İsrailin baş naziri Binyamin Netaniyaqu və Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas Vaşinqtonda vasitəçilərsiz və tərcüməçilərin iştirakı olmadan danışıqlara başlamışlar.