Gündəm

Deyv Hartnett: Azərbaycanda modern bir vergi sistemi mövcuddur

 Bu günlərdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Gəlirlər və Gömrük İdarəsi İdarəetmə Şurasının üzvü, vergilər üzrə daimi katib Deyv Hartnettin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur. Qonaqlar ölkəmizin vergi sistemi ilə yaxından tanış olmuş, azərbaycanlı həmkarları ilə təcrübə mübadiləsi aparmışlar. D.Hartnett səfərinin yekunları ilə bağlı AzərTAc-a müsahibə vermişdir.
-Cənab Hartnett, Azərbaycan ilə Birləşmiş Krallıq arasında bütün müstəvilərdə çox yaxşı siyasi-iqtisadi əməkdaşlıq əlaqələri mövcuddur. Hər iki dövlətin rəsmi qurumları arasında əlaqələrin genişlənməsi bu əməkdaşlığın daha da dərinləşdirilməsinə və möhkəmləndirilməsinə xidmət edir. Bu gün iki dövlətin vergi administrasiyaları arasında əməkdaşlıq səviyyəsini necə qiymətləndirərdiniz?
-Hesab edirəm ki, Azərbaycan ilə Birləşmiş Krallığın vergi administrasiyaları arasında hazırkı əlaqələrin səviyyəsi kifayət qədər yüksəkdir. Lakin bu əməkdaşlığı daha da genişləndirmək üçün zəngin potensial vardır, birgə görə biləcəyimiz işlər çoxdur. Burada olduğumuz müddətdə gördüklərimiz belə deməyə əsas verir ki, bir-birimizdən öyrənməli olduğumuz məsələlər də az deyildir. Biz vergi administrasiyanızın fəaliyyətinə Azərbaycan rəhbərliyi tərəfindən böyük dəstək verildiyinin şahidi olduq. Azərbaycanda bu gün modern bir vergi sistemi mövcuddur. Düşünürəm ki, mənim ölkəm kimi böyük dövlətlərin də sizinlə əməkdaşlıqdan öyrənə biləcəkləri vardır. Eyni zamanda, ümid edirəm ki, bizim də Azərbaycan ilə bölüşəcəyimiz təcrübə kifayət qədər böyükdür.
-Səfəriniz çərçivəsində Azərbaycanın vergi xidmətinin rəhbərliyi ilə görüşlər keçirmiş və əlaqələrin daha da genişləndirilməsi perspektivlərini müzakirə etmisiniz. Bu görüşlərin gələcək əməkdaşlığın inkişafına təsirini necə qiymətləndirirsiniz?
-Mən həmişə digər ölkələrdə vergi administrasiyalarının rəsmiləri ilə görüşməkdən məmnunluq duymuşam. Bakıda biz vergi xidməti rəhbərlərinın öz işlərinə yaradıcı yanaşması ilə rastlaşdıq. Onlar vergi ödəmələrinin artımına vergi xidmətinin keyfiyyətinin yaxşılaşdırılması yolu ilə çalışır və bu işi yüksək səviyyədə görmək istəyirlər. Şübhə etmirəm ki, hazırkı və gələcək görüşlərimiz, qarşılıqlı surətdə faydalı əməkdaşlığımız hər iki ölkənin vergi sisteminə öz müsbət təsirini göstərəcəkdir.
-Azərbaycan ilə Birləşmiş Krallıq arasında vergi sahəsində ikiqat vergitutmanın aradan qaldırılması haqqında ikitərəfli sazış mövcuddur. Gələcək əməkdaşlığın hüquqi bazasının yaradılması haqqında sizin fikirlərinizi bilmək istərdik.
-Əlbəttə, ikiqat vergitutmanın aradan qaldırılması kimi sazişlər ölkələr arasında iqtisadi əlaqələrin möhkəmlənməsinə xidmət edir. Bu, təkcə dövlətlər, vergi administrasiyaları üçün deyil, biznes cəmiyyəti üçün də vacibdir. Ölkələrimiz arasında belə bir sazişin mövcud olmasından çox məmnunam. Belə sazişlər dinamik olmalıdır. Əminəm ki, hər iki tərəf həmin sazişin daha da təkmilləşdirilməsində maraqlıdır.
Hesab edirəm ki, yaxşı zəmində başlanmış əməkdaşlığımız gələcəkdə daha da genişlənəcəkdir. Mən nazir Fazil Məmmədovla gələcək əməkdaşlığımızın bir sıra sahələrini geniş müzakirə etmişəm. Biz böyük məmnuniyyətlə bu müzakirələrin hüquqi müstəviyə keçirilməsi imkanlarını tədqiq edəcəyik. Şəxsi fikrim isə bundan ibarətdir ki, iki ölkə arasında iqtisadi-siyasi əlaqələr dərinləşdikcə vergi administrasiyalarının əməkdaşlıq imkanları da genişlənəcəkdir.
-Ölkəmiz və Azərbaycanın vergi sistemi ilə tanışlıqdan sonra təəssüratlarınız bizim üçün maraqlı olardı.
-Ölkəniz haqqında təəssüratlarım hələlik yalnız Bakı şəhəri ilə məhdudlaşsa da, deyə bilərəm ki, şəhərinizdə məni daha çox yaşıllıq məftun etdi. Bakı hətta Londonun bəzi gözəl yerlərindən belə, daha yaşıldır. Bakıda gecə gəzintisinə çıxmışdım. Bakı gecələri məftunedicidir. Paytaxtınızda insanların üzündə qonaqpərvərlik, gülüş və mehribanlıq gördüm. Azərbaycanın vergilər naziri mənimlə görüşündə demişdi ki, Bakıda yaxşı qarşılanacağımıza ümid edir. Mən əminliklə deyə bilərəm ki, burada olduqca yüksək səviyyədə qarşılandıq. Maraqlıdır ki, bizim insanlarımız da, düşüncələrimiz də oxşardır, mən fərqli bir şey görmədim. Bir ölkəyə səfər edərkən səni nə gözlədiyini bilmirsən. Azərbaycanda biz məmnunluqla ölkələrimiz arasında oxşarlıqların bu qədər çox olmasının şahidi olduq.
Eyni zamanda, vergi sistemlərimiz arasında da oxşarlıqlar vardır. Vergi xidməti ilə bağlı təəssüratlarımı qruplaşdıraraq üç əsas məsələni qeyd etmək istərdim. Birincisi, Azərbaycanın vergi sistemini idarə edən insanları, onların öz məqsədlərinə sadiqliyini gördüm. Əlbəttə, mənim ölkəmdə də liderlər belə məqsədyönlüdürlər, lakin Azərbaycanda vergi sisteminə məsul olan şəxslərin məqsədlərinə yaxşı mənada can atmaları alqışlanandır. İkinci təəssüratım ölkənizdə tətbiq olunan ƏDV sistemi ilə bağlıdır. Buradakı ƏDV inzibatçılığı bizim ölkədəkindən daha sadədir və işləkdir. Bəlkə bu onunla bağlıdır ki, bizim ƏDV sistemimiz bütün Avropa ölkələrində tətbiq olunur və buradakı hər bir kiçik dəyişiklik belə digər Avropa ölkələri ilə razılaşdırılmalıdır. Bu, kifayət qədər çətin və çox vaxt tələb edən bir prosesdir. Sizin isə vahid bir sistemi bir ölkədə tətbiq etmək kimi yaxşı imkanınız vardır. Düşünürəm ki, biz sizin ƏDV sistemi ilə bağlı təcrübənizin bəzi məqamlarından faydalana bilərik. Üçüncü məqam isə ölkənizdə tətbiq olunan "bir pəncərə" sistemi ilə bağlıdır. Vergi ödəyicilərinin eyniləşdirmə nömrəsinın qeydiyyat prosedurlarında və dıgər bir çox məsələlərin həllində istifadə edilməsi bir əldən idarəetmənin yaxşı göstəricisidir. Digər tərəfdən, bu, Azərbaycan hökumətinin vergi administrasiyasına etimadını göstərir. Bu, əlbəttə, sevindiricidir.


Müəllif:


Çap et   Geri   Yuxarı


Xəbər lenti

» Azərbaycanla Rusiya bütün sahələrdə əməkdaşlığı uğurla davam etdirirlər (4)

» Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyevanın və Rusiya Prezidentinin xanımı svetlana medvedevanın görüşü olub  (4)

» Azərbaycanla Rusiyanı tarixi əlaqələr birləşdirir (9)

» Rusiya-Azərbaycan münasibətlərində yeni mərhələ açılır (9)

» Yeni Azərbaycan Partiyası seçkiyə tam hazırdır (4)

» YAP-ın nümayəndə heyəti cəbhə bölgəsinə səfər edib (6)

» “Yüksək seçki fəallı qələbəmizi şərtləndirəcək" (9)

» Yeni Azərbaycan Partiyası seçki kampaniyasına tam hazırdır (5)

» Türkiyədə erməni lobbisinə qarşı əks-kampaniya başladı (8)

» Həmsədrlər BMT-də yeni qətnamə layihəsinin müzakirəsi zamanı hansı mövqedən çıxış edəcəklər? (7)

» Yeni Azərbaycan Partiyasının Siyəzən rayon təşkilatında görüş keçrildi (8)

» ARDNŞ cari ilin yanvar-avqust ayları ərzində 112 min 316 ton avtomobil benzini ixrac edib (5)

» ARDNŞ avqust ayında Novorossiysk limanından 214 min 274 ton xam neft ixrac edib (4)

» Pensiya və minimum əməkhaqqının artırılması əhalinin sosial müdafiəsini gücləndirir (4)

» Ermənilər və gürcülər Kürü çirkləndirirlər (5)

» Qafqaz İslam Ordusunun Bakı zəfəri  (9)

» Gənc istedadın sənət naxışı (4)

» "Şəhidim" adlı musiqi kompozisiyası hazırlanıb (4)

» "CATA-2010" Beynəlxalq Turizm Sərgisi (4)

» Məmməd Rahimin fotosənədləri aşkar edilib  (5)

Qafqaz İslam Ordusunun Bakı zəfəri

Azərbaycanın şanlı dövlətçilik tarixinə qızıl hərflərlə yazılan günlərdən biri də 1918-ci ildə Qafqaz İslam Ordusu tərəfindən Bakının bolşevik-daşnak işğalından azad olunmasıdır. Bu hadisələrin canlı şahidləri az olsa da, tarixi sənədlərdə Bakı qırğınları, azərbaycanlıların soyqırımı haqda geniş məlumatlar, danılmaz faktlar var.  

Gənc istedadın sənət naxışı

Çağdaş dövrünü yaşayan Azərbaycan muğam sənəti müasir dövrümüzdə tarixi ənənə üzərində inkişafdadır. Bu sənətin mahir ifaçıları milli muğamın dəyərlərini yaşatmaqla xalqın keçmişini müasir həyatla üzvü olaraq birləşdirirlər. 

Vaşinqtonda İsrail və Fələstin arasında danışıqlar başlandı

"Frans Press" informasiya agentliyinin ABŞ-ın Dövlət Departamentinə əsaslanaraq, yaydığı məlumata görə, İsrailin baş naziri Binyamin Netaniyaqu və Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas Vaşinqtonda vasitəçilərsiz və tərcüməçilərin iştirakı olmadan danışıqlara başlamışlar.  
© 2002-2009, “Səs” qəzeti, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Ünvan: Ü. Hacıbəyov küçəsi, 32; Bakı, Azərbaycan
Tel.: (+994 12) 598-33-90  ;  Faks: (+994 12) 493-11-62  ;  Email: ses@sia.az

Baş redaktor: Bəhruz QULİYEV         Təsisçi: Əlincə Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı

"Səs" qəzeti "AzərTac", "AZADINFORUM", və "APA" agentliklərinin
informasiyalarından istifadə edir. Dərc olunan reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.


 
266
2144
190586