Gündəm

Azərbaycan dünyanın turizm-kurort mərkəzinə çevrilir

Azərbaycanda turizmin inkişafı regionlarının iqtisadi inkişafının prioritet istiqamətlərindən biri kimi qəbul edilib. Beynəlxalq təşkilatların da rəyinə görə, Azərbaycanda turizmin həyata keçirilməsi üçün əlverişli imkanlar mövcuddur. Son vaxtlar Azərbaycanda hotelçilik və turizm biznesinə sərmayə qoyuluşu turizmin inkişaf tendensiyasını sürətləndirib.
Respublikada turizm bazarının hüquqi əsaslarının bərqərar edilməsi, dövlət siyasətinin prinsiplərinin müəyyənləşdirilməsi sosial-iqtisadi inkişafı təmin edən vasitə kimi turizm ehtiyatlarından səmərəli istifadə üzərində köklənib. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan turizm industriyası 2001-ci ildə ilk dəfə olaraq Azərbaycanı tam genişliyi ilə təbliğ edən "Welcome to Azerbaijan" adlı xüsusi disk əsasında ÜTT-nin Baş Assambleyasına təqdim olunmaqla ölkənin turizm imkanları beynalxalq arenaya çıxarıldı. Ulu öndər Heydər Əliyevin strateji dövlət siyasətini davam etdirən Prezident İlham Əliyev Azərbaycanda turizm üçün əlverişli regionlara sərmayə qoyuluşunun artırılması və  dövlət proqramalarında bu sahənin inkişafında maraqlı olduğunu ortaya qoydu. 2003-cü ildə "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında", 2004-cü ildə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" haqqında Prezident fərmanlarında ölkə iqtisadiyyatının, o cümlədən, turizm sektorunun inkişafının vacibliyi vurğulanır.
Azərbaycan dünyada iqtisadi inkişaf tempinə görə ən öncül ölkələrdən biridir. Bunu dünya görür və etiraf edir. Bu fikir Bakıda keçirilən İslam Konfransı Təşkilatının (İKT) üzvü olan ölkələrin turizm nazirlərinin V konfransında da səslənmişdir. Ümumdünya Turizm Təşkilatının Baş katibi Françesko Franjialli zəngin tarixi, maddi-mədəniyyət abidələri, qeyri-adi iqlim şəraiti, füsunkar təbiəti və əsrarəngiz flora-faunası olan Azərbaycanın beynəlxalq turizm üçün olduqca əlverişli və sərfəli bir məkan olmasını və burada dünya standartlarına cavab verən abadlıq-quruculuq işlərinin görülməsini xüsusi qeyd etmişdir. O, rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən danışaraq, bildirib ki, son beş ildə beynəlxalq turizm çox çətin və qeyri-müəyyən şəraitdə inkişaf etmişdir. Dünyada baş verən hadisələr, terror aktları, münaqişələr, epidemiyalar, təbii fəlakətlər turizm sənayesinin inkişafına ciddi maneə yaratmışdır. Buna baxmayaraq, dünyada insanların turizmə, səyahətə böyük marağı dəyişilməz olaraq qalır.
Zəngin təbiəti, əlverişli geopolitik mövqeyi, qonaqpərvər insanları ilə seçilən Azərbaycanda son illər turizmin inkişafı ilə bağlı bir sıra addımlar atılıb. Azərbaycanın turizm potensialının güclənməsi sosial-iqtisadi dirçəliş fonunda indi daha aydın duyulur. Prezident İlham Əliyev turizmi milli mədəniyyətin tərkib hissəsi kimi dəyərləndirərək bu sahədə həyata keçirilən dövlət siyasətini təkmilləşdirmək məqsədilə 2006-cı il yanvarın 30-da yeni dövlət qurumunun - Mədəniyyət və Turizm Nazirliyinin yaradılması barədə fərman imzalamışdır. Eyni zamanda, dövlət başçısının fərmanı ilə mehmanxana və mehmanxana tipli obyektlərə lisenziya verilməsi bu nazirliyə həvalə olunmuşdur. İndiyədək təsnifatdan keçmiş mehmanxana və mehmanxana tipli obyektlərin 172-si lisenziya alıb, onlardan 46-sı ulduzlu, o cümlədən, 10-u beşulduzludur, 20-si dördulduzludur. Turizm şəbəkəsində çalışan kadrlar yetişdirəcək yeni Turizm İnstitutunun bu sahənin inkişafına köməyi olacaqdır.
"2009-2018-ci illərdə Azərbaycan Respublikasında kurortların inkişafı üzrə Dövlət Proqramı" ölkəmizdə yaxın gələcəkdə turizm-kurort sahələrinin planlı surətdə inkişaf etdirilməsinə və səmərəli istifadəsinə zəmin yaradır. Ölkədə xarici turizmlə yanaşı, daxili turizmin inkişafına da diqqət yetirilir. Xüsusilə də, sosial turizmin - aztəminatlı ailələrin, əlillərin istirahət və sağlamlıqlarının bərpasına yönələn turizmə önəm verilir. Turizmin bu növlərinin genişlənməsində Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Dövlət Sosial Müdafiə Fondu və digər əlaqədar təşkilatlar dövlətimizin siyasətini uğurla həyata keçirirlər. Bakıda, Gəncədə, Naxçıvanda və ölkənin digər şəhərlərində xarici qonaqları qəbul edə bilən müasir mehmanxana və hotellərin fəaliyyət arsenalı genişləndirildi. Respublikamızın bütün regionlarını əhatə edən 100-dən artıq turizm firması xarici turistlərin qəbulu və turist xidməti ilə məşğul olur, 149 mehmanxana rəsmi qeydiyyatdan keçmişdir. Həmin hotellərdə yerlərin ümumi miqdarı 5000-dən artıqdır. Turizm üçün əlverişli regionlarda müasir səviyyəli özəl müalicə və istirahət mərkəzləri istifadəyə verilib. Respublikamıza gələn xarici qonaqların sayı 1 milyon nəfəri ötüb keçib. 
Ölkədə turizmin inkişafının uzunmüddətli strategiyanın ən mühüm tərkib hissələrindən biri regionlarda mehmanxana potensialının gücləndirilməsidir. Belə ki, 2016-cı ildə mehmanxana, motel və digər bu tipli obyektlərdə yerlərin sayı mövcud 24 mindən 150 minə çatdırılması nəzərdə tutulur. Yerlərin artırılması ilə yanaşı, eyni zamanda, infrastruktur obyektləri - əyləncə mərkəzləri, idman kompleksləri, restoranlar, hovuzlar və saunaların qabaqcıl formalara uyğunlaşdırılması nəzərdən keçirilir. Paralel olaraq iri regional və lokal rekrasion zonaların inkişafı üçün nəqliyyat və mühəndis kommunikasiyalarının yaradılması, reklam lövhələrinin qurulması, habelə, müvafiq turist marşrutları üçün yardımçı infrastruktur yaradılması diqqət mərkəzindədir. Turist obyektlərinin ümumi heyətlərinin təhsili və treninqləri sisteminin təkmilləşdirilməsi də sənədin prioritet istiqamətlərindəndir.


Müəllif: E.HACIYEV


Çap et   Geri   Yuxarı


Xəbər lenti

» Azərbaycanla Rusiya bütün sahələrdə əməkdaşlığı uğurla davam etdirirlər (4)

» Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyevanın və Rusiya Prezidentinin xanımı svetlana medvedevanın görüşü olub  (5)

» Azərbaycanla Rusiyanı tarixi əlaqələr birləşdirir (9)

» Rusiya-Azərbaycan münasibətlərində yeni mərhələ açılır (9)

» Yeni Azərbaycan Partiyası seçkiyə tam hazırdır (4)

» YAP-ın nümayəndə heyəti cəbhə bölgəsinə səfər edib (6)

» “Yüksək seçki fəallı qələbəmizi şərtləndirəcək" (9)

» Yeni Azərbaycan Partiyası seçki kampaniyasına tam hazırdır (5)

» Türkiyədə erməni lobbisinə qarşı əks-kampaniya başladı (8)

» Həmsədrlər BMT-də yeni qətnamə layihəsinin müzakirəsi zamanı hansı mövqedən çıxış edəcəklər? (7)

» Yeni Azərbaycan Partiyasının Siyəzən rayon təşkilatında görüş keçrildi (8)

» ARDNŞ cari ilin yanvar-avqust ayları ərzində 112 min 316 ton avtomobil benzini ixrac edib (5)

» ARDNŞ avqust ayında Novorossiysk limanından 214 min 274 ton xam neft ixrac edib (4)

» Pensiya və minimum əməkhaqqının artırılması əhalinin sosial müdafiəsini gücləndirir (4)

» Ermənilər və gürcülər Kürü çirkləndirirlər (5)

» Qafqaz İslam Ordusunun Bakı zəfəri  (9)

» Gənc istedadın sənət naxışı (4)

» "Şəhidim" adlı musiqi kompozisiyası hazırlanıb (4)

» "CATA-2010" Beynəlxalq Turizm Sərgisi (4)

» Məmməd Rahimin fotosənədləri aşkar edilib  (5)

Qafqaz İslam Ordusunun Bakı zəfəri

Azərbaycanın şanlı dövlətçilik tarixinə qızıl hərflərlə yazılan günlərdən biri də 1918-ci ildə Qafqaz İslam Ordusu tərəfindən Bakının bolşevik-daşnak işğalından azad olunmasıdır. Bu hadisələrin canlı şahidləri az olsa da, tarixi sənədlərdə Bakı qırğınları, azərbaycanlıların soyqırımı haqda geniş məlumatlar, danılmaz faktlar var.  

Gənc istedadın sənət naxışı

Çağdaş dövrünü yaşayan Azərbaycan muğam sənəti müasir dövrümüzdə tarixi ənənə üzərində inkişafdadır. Bu sənətin mahir ifaçıları milli muğamın dəyərlərini yaşatmaqla xalqın keçmişini müasir həyatla üzvü olaraq birləşdirirlər. 

Vaşinqtonda İsrail və Fələstin arasında danışıqlar başlandı

"Frans Press" informasiya agentliyinin ABŞ-ın Dövlət Departamentinə əsaslanaraq, yaydığı məlumata görə, İsrailin baş naziri Binyamin Netaniyaqu və Fələstin Muxtariyyətinin prezidenti Mahmud Abbas Vaşinqtonda vasitəçilərsiz və tərcüməçilərin iştirakı olmadan danışıqlara başlamışlar.  
© 2002-2009, “Səs” qəzeti, Bütün hüquqlar qorunur. Məlumatlardan istifadə etdikdə istinad mütləqdir.

Ünvan: Ü. Hacıbəyov küçəsi, 32; Bakı, Azərbaycan
Tel.: (+994 12) 598-33-90  ;  Faks: (+994 12) 493-11-62  ;  Email: ses@sia.az

Baş redaktor: Bəhruz QULİYEV         Təsisçi: Əlincə Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı

"Səs" qəzeti "AzərTac", "AZADINFORUM", və "APA" agentliklərinin
informasiyalarından istifadə edir. Dərc olunan reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.


 
270
2148
190590